Ruslar bu şəhəri ələ keçirib? – Açıqlama

55

Soledar şəhəri Ukrayna ordusunun nəzarətindədir.

Elchi.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin nümayəndəsi Sergey Çerevatıy deyib.

“Soledar Rusiya ordusunun nəzarətində deyil. Orada ağır, qanlı döyüşlər gedir. Təkcə bu gecə düşmən 76 dəfə şəhərə atəş açıb, 10 toqquşma qeydə alınıb. Silahlı Qüvvələrimiz və komandanlığımız şəxsi heyət və texnika ilə düşmənə maksimum ziyan vurmaq üçün hər şeyi edir”, – Çerevatıy bildirib.

Qeyd edək ki, bir müddət öncə Rusiya mənbələri Soledar şəhərinin ələ keçirildiyini yazmışdı.