Rusiyanın geri çəkilməkdə məqsədi budur – Hesabat

54

Hazırda Xerson istiqamətində Rusiya qoşunları üçün prioritet Ukraynanın əks-hücumunu tamamilə dayandırmaq cəhdləri deyil, öz qüvvələrinin Dnepr vasitəsilə mütəşəkkil şəkildə çıxarılmasıdır.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Avqust ayından bəri Ukraynanın Xerson istiqamətində həyata keçirdiyi koordinasiyalı hücum uğurlu olub. Ötən aylarda Ukrayna qoşunları Rusiyanın qərb sahilindəki mövqelərini daha da sıxışdırmaq üçün bütün Xerson boyunca hərbi obyektlərə, logistika qovşaqlarına qarşı məqsədyönlü hücum kampaniyası aparır. Rusiyanın geri çəkilməsi Ukrayna üçün hazırlanmış tələ deyil. Sadəcə ruslar öz qüvvələrini Xersondan nizamlı şəkildə çıxarmaq istəyir. Bəzi qüvvələr Ukrayna qoşunlarının irəliləyişini ləngitmək üçün Xersonun özündə qalacaq”, – məlumatda deyilib.