Rusiyanın dəhşətli itkiləri: 188 min nəfər…

34

Rusiyanın Ukraynada 1 il ərzində verdiyi itki ABŞ-ın Vyetnamda səkkiz il ərzində itirdiyinə barəbərdir.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
Məlumata görə, Rusiya ordusunun Ukraynadakı ümumi itkiləri 188 min nəfər qiymətləndirilib. Bunun da 47 mini öldürülüb.
“Müharibədə yaralanan və ölənlərin nisbəti 3:1-dir ki, bu da Rusiyanın Ukraynadakı itkilərinin ABŞ-ın Vyetnam müharibəsində ölənlərin ümumi sayına yaxın olduğunu göstərir”, – İnstitutdan bildirilib.
Analitiklər bildirib ki, 8 il ərzində ABŞ Vyetnam müharibəsində təxminən 58 min nəfər hərbçi itirib.