"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT MANŞET

Rusiyalı siyasi ekspert: “2018-ci ildə beş rayonu Azərbaycana qaytarmaq lazımdır”

28 Dekabr 2017 - 11:00
in SİYASƏT MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

“Rusiya Ermənistan kimi lokal təsisat naminə qlobal geosiyasi maraqlarını qurban verə bilməz”.

Bunu “Report”un Rusiya bürosuna açıqlamasında Beynəlxalq Avrasiya Hərəkatının sədri, Rusiyanın ictimai-siyasi xadimi və politoloq Aleksandr Duqin bildirib.

“Ümumilikdə, 2017-ci il dünyanın artıq birqütblü olmaması ilə yadda qaldı: yeni oyunçular, yeni fiqurlar yaranır və artıq çoxqütblü dünyanın konturları açıq-aydın görünür. Rusiya tarixən həmişə müstəqil güc mərkəzi, təsir mərkəzi olmağa iddia edib. Yaxın Şərqdəki hadisələr, Trampın siyasəti, Avropa və postsovet məkanında baş verən çoxsaylı proseslər ilə əlaqədar Rusiya dünyanın qütblərindən biri olduğunu sübut etdi. Bakı ilə əlaqələrin yeni formatı da bununla müəyyən olunur”, – A.Duqin deyib.

Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi dünyada qüvvələrin qlobal nisbətindəki bütün dəyişiklikləri diqqətlə və dərindən qavrayır: “Azərbaycan Prezidenti İlham Əliyev özünü dünyada baş verən bütün dəyişikliklər üzrə fəal mövqe tutmağa çalışan diqqətli siyasi lider kimi göstərir. O, 2017-ci ildə siyasətin obyekti yox, subyekti olduğunu sübut etdi. O cümlədən o, Rusiya ilə İran və Türkiyə arasında yaxınlaşmada böyük rol oynayıb. Yeni bir strateji oxun yaradılmasında da o, əhəmiyyətli rol oynamağa başlayıb. Azərbaycan Moskva-Ankara-Tehran konfiqurasiyasında geosiyasi nəzarəti birləşdirir və onun regional siyasətdə rolu artır. Bakı bir növ ümumi səhmləri saxlayan subyektə çevrilir, Ermənistan isə kənarda qalır. Yerevan təcili surətdə bu getməkdə olan qatara əyləşməlidir və o zaman onlar regionun geosiyasətində layiqli yerini tutacaq. Hamı bu işdən qazanmalıdır”.

O, yeni strateji oxun yaranmasında Azərbaycan və Rusiya liderlərinin tez-tez görüşməsinin, eləcə də iki ölkənin intellektual elitası arasında münasibətlərin formalaşmasının birbaşa böyük rol oynadığını qeyd edib.

Gələn il üçün proqnoz verən, o cümlədən Dağlıq Qarabağ münaqişəsi barədə A.Duqin bildirib ki, 2018-ci il həm çoxqütblü dünyanın yaradılması, həm də bu münaqişənin həlli planı baxımından həlledici olmalıdır: “Məncə, Azərbaycan buna – regionda statusunun artmasına hazırdır. Burada, ilk növbədə, müəyyən mənada Azərbaycanın potensialını tam açmasına mane olan Qarabağ məsələsini həll etmək lazımdır. Bu, Rusiya-Azərbaycan münasibətlərində yeni yüksəliş olacaq”.

Onun sözlərinə görə, istənilən münaqişənin həllində iki mərhələ olur: nəzəri həllin tapılması və bu həllin praktikada həyata keçirilməsidir: “Əslində nəzəriyyə baxımından irəliləyiş bir ildən çoxdur hazırdır – Dağlıq Qarabağ ətrafındakı beş rayonun Azərbaycana verilməsi barədə qərar 2016-cı ildə razılaşdırılıb. Bu həllin nəzəri paradiqması onun münaqişə tərəflərinin hamısını və digər regional gücləri, hətta Qərbi belə razı salmasıdır. Serj Sarqsyan isə hər dəfə bu sazişlərin həyata keçirilməsi prosesinə mane olur”.

“Rusiya Ermənistanı tərk edə bilməz, onlar bizim müttəfiqimizdir, bu məsələdə heç bir şübhə yoxdur. Amma iş ondadır ki, Rusiya Ermənistan kimi lokal təsisat naminə qlobal geosiyasi maraqlarını qurban verə bilməz. Biz onun suverenliyinin saxlanılmasını, müstəqilliyinin dəstəklənməsini, erməni identikliyini qoruyacağımızı öhdəmizə götürümüşük – bunlar maraqlarımız daxilindədir. Lakin digər tərəfdən, Ermənistan Türkiyə və Azərbaycan ilə münasibətlərimizdə maneə ola bilməz. Hamı anlamalıdır ki, geosiyasətdə ərazi mübahisələrindən də daha böyük dəyərə malik məsələlər var”, – A.Duqin bildirib.

Gələn il Azərbaycan və Ermənistanda prezident seçkilərinin keçiriləcəyini xatırladan A.Duqin bu beş rayonun qaytarılmasının tarixi dəyərinin hansısa seçki yarışmasından xeyli çox olduğunu qeyd edib.

Onun sözlərinə görə, münaqişənin həllinin gecikdiriləcəyi təqdirdə, vəziyyət geri qaytarılması mümkün olmayacaq dərəcədə pozula və kəskinləşə bilər: “Ona görə də 2018-ci ildə bu beş rayonun Azərbaycana qaytarılmasının zəruri olduğunu hesab edirəm. Əks halda, göstərilən səylər və danışıqlar prosesində əldə olunan bütün nailiyyətlər əhəmiyyətini itirər. Bu, Rusiya üçün də üzücü və məyusedici olacaq. Çünki bütün bunlar Azərbaycanla davam edən yaxınlaşmaya, Qafqazda, Xəzər dənizi regionunda və Yaxın Şərqdə birgə siyasət yürüdülməsinə təsir edə bilər. O zaman münaqişənin sülh yolu ilə nizamlanması prosesindəki səylərimiz kənardan gülünc görünəcək və buna görə də bu razılaşmaların həyata keçirilməsi üçün maksimum səy göstərməliyik”.

A.Duqin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə real proses işə düşsə, bu, Rusiya ilə Azərbaycan arasında inteqrasiyanı gücləndirəcək.

“Bu, AİB (Avrasiya İqtisadi Birliyi – red.) və ya KTMT-yə (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı – red.) qoşulmaqla bağlı birbaşa proses demək deyil, struktur prosesində dəyişiklikdir – Rusiyanın Ermənistan və Azərbaycanla münasibətlərini tənzimləməsidir”, – o vurğulayıb. Hərəkat lideri əlavə edib ki, bununla Bakı regionda öz təsirini gücləndirəcək.

O, Rusiyanın sərbəst və tamhüquqlu oyunçu olacaq Azərbaycanın müstəqil və suveren olmasında maraqlı olduğunu qeyd edib.

“Biz heç Rusiyameyilli yox, elə Azərbaycanmeyilli Azərbaycanın olmasında maraqlıyıq. Azərbaycanın güclənməsi Türkiyə və İran ilə əlaqələrimizi gücləndirmək üçün fürsətdir. Bakı bütün hallarda Moskva-Ankara-Tehran üçbucağının strateji qapısıdır. Bakı bu ittifaqda əsas konstruksiya olur. Geosiyasi stavkalar çox yüksəkdir, buna görə də ardıcıl hərəkət etməliyik”, – ekspert bildirib.

Previous Post

Rusiyalı siyasi ekspert: “2018-ci ildə beş rayonu Azərbaycana qaytarmaq lazımdır”

Next Post

Azərbaycan neftinin qiyməti 68 dolları keçib

Bənzər yazılar

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

25 Fevral 2026 - 20:23

Monteneqronun Energetika və Mədənçilik Nazirliyinin dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək. Elchi.az -ın məlumata görə, səfər mart ayında baş...

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

12 Fevral 2026 - 16:38

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Elchi.az xəbər verir ki, Sərəncama əsasən, vergi sisteminin...

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

11 Fevral 2026 - 17:32

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə...

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

05 Fevral 2026 - 20:19

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı yaxşı liderlər adlandırıb. Elchi.az xəbər verir...

Next Post

Azərbaycan neftinin qiyməti 68 dolları keçib

Azərbaycan neftinin qiyməti 68 dolları keçib

Son xəbərlər

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32
Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28
ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

04 İyun 2026 - 23:25
Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12
Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

04 İyun 2026 - 22:07
Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

04 İyun 2026 - 22:05
CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

04 İyun 2026 - 22:03
Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

04 İyun 2026 - 21:51
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.