Elchi.az xəbər verir ki, Rusiya ordusunun Ukraynanın Donetsk vilayətində həyata keçirdiyi raket hücumu nəticəsində 3 nəfər ölüb, 13 nəfər yaralanıb.
Rusiya Ukraynaya hücumlarını davam etdirir. Rusiya ordusu gecə saatlarında Ukraynanın şərqindəki Donetsk vilayətinə raket hücumu həyata keçirib. Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada Selidove şəhərində 3 nəfərin öldüyü, 13 nəfərin yaralandığı açıqlanıb.
Xəstəxanaya və bir çox evə böyük ziyan dəydiyi də bildirilib.
Şayəstə Hüseynova