Fevralın 17-də axşam saatlarında Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk və Sloviansk şəhərlərinə həyata keçirdiyi hava hücumu nəticəsində ən azı 2 nəfərin həyatını itirdiyi, bəzilərinin dağıntılar altında qaldığı bildirilib.
Elchi.az xəbər verir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin Telegram hesabında bildirib.
Bildirilib ki, Fövqəladə Hallar Xidməti Kramatorskda hücum zonasında axtarış-xilasetmə əməliyyatı ilə yanaşı, dağıntıların təmizlənməsi işini davam etdirir.
Nuranə Məmmədova