"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MARAQLI

Rusiyadakı anti-Azərbaycan qüvvələrdə Lavrov izi

24 May 2017 - 08:57
in MARAQLI
FacebookVatsap

Onların fəaliyyəti Azərbaycan cəmiyyətini Rusiyadan üz döndərmək həddinə çatdırıb; politoloq: “Lavrov ermənilərin xeyrinə çox məmnuniyyətlə iş aparır, Qarabağda yeni bir müharibənin alovlanması üçün səylərini əsirgəmir”
Mayın 21-də Az.TV-nin “Həftə” analitik-informasiya proqramında Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi ilə bağlı süjet efirə verilib. “Qərəzli qərar” başlığı ilə efirə verilən süjetdə ÜAK-ın ləğvi Azərbaycanın regionda reallaşdırdığı qlobal layihələrə Rusiya dövlət orqanlarındakı ermənipərəst məmurların fəaliyyəti kimi qiymətləndirilib.
Qeyd olunub ki, postsovet məkanında Azərbaycan müstəqil siyasət yeridən nadir ölkələrdən biri olması bir çox qüvvələrin xoşuna gəlmir. Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri ilə müşahidə olunan süjetdə rusların Azərbaycanda rahat yaşaması, həm dini, həm mədəni ənənələri üçün bütün şəraitin yaradıldığı, rus dilinin inkişafı və rus icmalarının sərbəst fəaliyyəti qeyd olunur. Bildirilib ki, Azərbaycanın dünyada artan rolu bəzi dairələrin narahatlığına səbəb olub.
Verilişdə vitse-spiker Bahar Muradova deyib ki, bu qərarın arxasında olan qüvvələr Azərbaycanla Rusiya arasında münasibətləri “düşmənçilik həddinə çatdırmaq” niyyəti güdüblər ki, bu niyyət alınmayacaq.
O da vurğulanıb ki, bu qərarın qəbulunda Rusiyanın ədliyyə sisteminə yerləşmiş ermənipərəst şəxslərin rolu da az olmayıb. Bundan sonra efirdə əvvəl Rusiya hökumətinin, sonra isə Rusiya XİN-in binası görünüb. Ardınca isə iki maraqlı persona efirdə görünüb. Belə ki, efirə Rusiya Erməniləri İttifaqının sədri Abramyanın 60 illiyi ilə bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovla xarici işlər naziri Sergey Lavrovun tədbirdə iştirak etdiyi, erməni diaspor təşkilatının sədri ilə qucaqlaşmaları, xarici işlər nazirinin qol-qola şəkil çəkdirmələri verilib.
ATV kanalında isə Rusiya Lavrovun erməni mənşəli olduğu və Azərbaycana qarşı olan qüvvələrin arxasında onun dayandığına işarə edilib.
Politoloq Qabil Hüseynli hesab edir ki, artıq telekanallarda efir məlum reportaj və verilişlərin verilməsi Azərbaycanın səbir kasasının daşmağa başladığının göstəricisidir: “Rusiyadakı anti-Azərbaycan qüvvələri son dövrlər müxtəlif təxribatlara əl atırlar. Bu təxribatlar həm Azərbaycanı şantaj eləməyə, yeri gəldikcə onun mövqelərini daraltmağa və bu fonda da Ermənistanı, erməniləri Azərbaycan üzərinə qısqırtmağa yönəlib. Çox yaxşı ki, Azərbaycan tərəfi nəhayət Rusiyaya ötkəm bir formada özünün cavab reaksiyasını nümayiş etdirdi. Belə görünür ki, səbir kasası daşıb”.
Q.Hüseynlinin sözlərinə görə, əvvəldən bilinirdi ki, Rusiyadakı anti-Azərbaycan qüvvələrinin arxasında dayanan S.Lavrovdur: “Azərbaycan hakimiyyəti və cəmiyyəti yaxşı bilir ki, torpaqlarımızın işğalında Rusiya hərbçiləri də iştirak edib. Xocalı soyqırımında Rusiyanın 366-cı alayı fəallıq göstərib. Ortada bunları təsdiqləyən dəlillər var. Bu gün isə Rusiya ermənilərə pulsuz olaraq çox böyük məbləğdə KTMT adı altında modern silahların ötürülməsinin özü də bilavasitə xarici işlər naziri Sergey Lavrovun-Kələntəryanın dəstəyi ilə həyata keçirilir. Rusiya Azərbaycanla ikibaşlı oyun oynayır. Bir tərəfdən sülh çağırışlar etdi, Lavrov planı deyilən planı ortaya atdı, o biri tərəfdən Ermənistana dəstək verir. Lavrovun bu proseslərin içərisində olması sülh danışıqları prosesini tormozlayır. Lavrov açıq-aşkar öz milli mənşəyi ilə fəxrlə danışır, atasının Kələntəryan soyadını daşıdığını qürurla dilə gətirir. Lavrov kökünün erməni olduğunu dəfələrlə öz müsahibələrində səsləndirib. Belə olan halda Lavrovun Dağlıq Qarabağ məsələsinə münasibətdə obyektiv ola biləcəyini düşünmək əsla mümkün deyil. Üstəlik son zamanlar Lavrovun əlverişli fəaliyyəti üçün şərait yaradılıb. Mən bu yaradılan şəraitin daha yuxarılara getdiyi qənaətindəyəm və belə hesab edirəm ki, Lavrov ermənilərin xeyrinə çox məmnuniyyətlə iş aparır, Qarabağda yeni bir müharibənin alovlanması üçün səylərini əsirgəmir”.
Politoloq vurğuladı ki, Azərbaycan tərəfi artıq haqlı olaraq müəyyən demarşlar edir: “Məsələn, prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri, orada ”müsəlman NATO-su” deyilən bir prosesdə iştirak etməsi yaxşı bir demarş sayıla bilər. Başqa variantlarımız da var. Məsələn, Azərbaycan Avropa İttifaqı ilə əlaqələri genişləndirir, viza sisteminin sadələşdirilməsi prosesi gedir və Azərbaycan siyasi oriyentasiyasını Avropa doğru götürməkdədir. Zənnimcə, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin bundan sonra da yaxşılaşdıracaq və bu, Rusiya üçün növbəti göz dağı olacaq. Məsələlər mürəkkəbləşsə, məsələn Rusiyanın ölkəmizə başqa bədxah hərəkətləri ortaya çıxsa, Azərbaycan Rusiyaya nota da verə bilər, Rusiyanın Azərbaycanı təhdid edən hərəkətləri barədə BMT Təhlükəsizlik Şurasına müraciət də edə bilər. Heç kəs vəziyyətin bu şəkildə inkişafını arzulamır, amma heç kəs də istəməz ki, Azərbaycana qarşı hansısa sərt addımlar atılsın”.
“Atlas” Araşdırmalar Mərkəzi isə Azərbaycan-Rusiya münasibətləri və xarici siyasətimizin yeni prioritetləri mövzusunda 500 respondent arasında sorğu keçirib. Nəticələr maraqlıdır. Sorğunun birinci sualı belə olub: “Rusiyada azərbaycanlıların dünyadakı ən böyük diaspora təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi iki ölkə arasındakı münasibətlərə necə təsir edəcək?”
Bu suala cavab verənlərin 87 % Rusiyada azərbaycanlıların ən böyük təşkilatının fəaliyyətinin faktiki qadağan olunmasının Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir edəcəyini söyləyiblər. Respondentlərin cəmi 8 % qeydiyyatın ləğvinin münasibətlərə heç bir təsiri olmayacağı düşüncəsindədir. 5 % isə suala “bilmirəm” deyə cavab veriblər.
Bu mövzunun davamı olaraq respondentlər “Sizcə, Rusiyada azərbaycanlıların diaspor təşkilatının fəaliyyətinin qadağan olunmasının arxasında hansı qüvvələr dayanır” sualına belə cavab veriblər: “Rusiya hakimiyyəti” – 57 %, “Rusiyadakı erməni lobbisinin təsiri altındakı qüvvələr” – 34% və “Səbəb Ümumrusiya Azərbaycanlıları Konqresinin sənədlərinin qaydasında olmamasıdır” – 9%.
Sorğunun üçüncü – “Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki vasitəçiliyini necə qiymətləndirirsiniz” sualına cavab verənlərin mütləq əksəriyyəti (93%) Moskvanın təkbaşına vasitəçiliyini Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməyəcəyini, əksinə işğalın davamına şərait yaratdığını bildiriblər. Sorğuya qatılanların yalnız 5 % Rusiyanın münaqişənin həllinə çalışdığını, 2 % isə bu haqda bir fikirlərinin olmadığını deyiblər.
Sorğunun dördüncü sualı belə olub: “Azərbaycanın Rusiyanın təkbaşına vasitəçiliyindən imtina etməlidirmi?” Cavablardakı nisbət belə olub: “Bəli, imtina etməlidir” – 78 %, “xeyr, imtina etməməlidir” – 12 %, “imtina etməməli, ancaq digər iki həmsədr – ABŞ və Fransanın da prosesdə iştirakına çalışmalıdır” – 10%.
Sonuncu – “Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda Azərbaycan xarici siyasətdə və təhlükəsizliyinin artırılmasına hansı alternativlərə üstünlük verməlidir” – sualında respondentlərə aşağıdakı cavab variantları təqdim olunub və nəticələr belə bölünüb:
a) “Türkiyə ilə yeni hərbi əməkdaşlıq sazişi imzalanmalı, ayrıca Türkiyənin Azərbaycanda, o cümlədən Naxçıvanda hərbi bazasının və ya hərbi təlim mərkəzinin yaradılması məqsədilə Ankara ilə danışıqlar başlanmalıdır” – 53 %
b) “NATO ilə hərbi əməkdaşlıq genişləndirilməlidir” – 24 %
c) “Avropa İttifaqı ilə inteqrasiya sürətlənməlidir” – 14 %
d) “Alternativlərə ehtiyac yoxdur, Rusiya ilə strateji tərəfdaşlığa davam edilməlidir” – 9%.
Göründüyü kimi, Rusiyadakı anti-Azərbaycan qüvvələrinin fəaliyyəti nəticəsində artıq Azərbaycan cəmiyyətində Rusiyaya ciddi inamsızlıq, narazılıq dərinləşib.

Bunu da oxuyun

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

Previous Post

Rusiyadakı anti-Azərbaycan qüvvələrdə Lavrov izi

Next Post

Dollar yenidən ucuzlaşdı

Bənzər yazılar

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

09 Sentyabr 2026 - 11:09

İspaniyada aparılan yeni bir araşdırma, üç ay ərzində müntəzəm olaraq tomat pastası istehlak edən şəxslərin beyin skanlarında və idrak performansında...

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

31 İyul 2026 - 22:32

2026-cı il FIFA Dünya Kuboku dünyanın ən dəyərli futbolçularının böyük hissəsini bir araya gətirdi. Elchi.az Transfermarkt məlumatları və Yahoo! Sports...

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

31 İyul 2026 - 22:28

Qantas Hava Yollarına məxsus xüsusi dizayn edilmiş Airbus A350-1000ULR sərnişin təyyarəsi Melburndan havaya qalxdıqdan sonra 24 saat 24 dəqiqə fasiləsiz...

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

23 Mart 2026 - 18:43

İlon Mask avtomobillərin, robotların və kosmosdakı süni intellekt məlumat mərkəzlərinin fəaliyyəti üçün istifadə olunacaq SpaceX və Tesla çiplərinin istehsalına başlamağı...

Next Post

Dollar yenidən ucuzlaşdı

Dollar yenidən ucuzlaşdı

Son xəbərlər

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

17 Sentyabr 2026 - 17:22
Azərbaycan Basketbol Liqasında yeni mövsümün ilk oyununun tarixi açıqlandı

Azərbaycan Basketbol Liqasında yeni mövsümün ilk oyununun tarixi açıqlandı

17 Sentyabr 2026 - 17:15
Ərdoğanın Nyu-York səfəri: Trampla təkbətək görüş planlaşdırılır

Ərdoğanın Nyu-York səfəri: Trampla təkbətək görüş planlaşdırılır

17 Sentyabr 2026 - 17:08
Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb

Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb

17 Sentyabr 2026 - 16:58
İsveçin baş naziri istefa verib

İsveçin baş naziri istefa verib

17 Sentyabr 2026 - 16:44
Lerikdə zəlzələ olub

Lerikdə zəlzələ olub

17 Sentyabr 2026 - 16:37
Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq

Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq

17 Sentyabr 2026 - 16:29
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

17 Sentyabr 2026 - 16:25
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib – YENİLƏNİB

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib – YENİLƏNİB

17 Sentyabr 2026 - 16:18
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır

Azərbaycanda DSK-lar yenidən formalaşdırılır

17 Sentyabr 2026 - 16:13
“Trabzonspor”a yeni baş məşqçi təyin olunub

“Trabzonspor”a yeni baş məşqçi təyin olunub

17 Sentyabr 2026 - 16:06
Lavrov ABŞ-ı təriflədi

Lavrov ABŞ-ı təriflədi

17 Sentyabr 2026 - 16:00
Xəzər dənizində partlayışlar gözlənilir

Xəzər dənizində partlayışlar gözlənilir

17 Sentyabr 2026 - 15:51
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək

Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək

17 Sentyabr 2026 - 15:42
Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

17 Sentyabr 2026 - 15:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.