"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Rusiyada qalmağın mənası yoxdur”

08 Yanvar 2015 - 19:10
in XƏBƏR LENTİ
FacebookVatsap

img1718588Azərbaycanlı iş adamı: “MDB dövlətlərindən olanlar-türkmənlər, taciklər, özbəklər geri dönüb. Azərbaycan vətəndaşlarından da xeyli insan geri qayıdır…”

Bunu da oxuyun

Ermənistandan gələn məhsullara rüsumu ləğv etdilər

Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

“İqtisadi böhran Moskvada həyatı faktiki iflic edib. Rubl o qədər sürətlə ucuzlaşır ki, artıq itkilərimizi hesablamaqda çətinlik çəkirik”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında Moskvada yaşayan azərbaycanlı iş adamı Nəsib Əliyev deyir.

Onun sözlərinə görə, Ukraynaya hərbi müdaxilə etdiyi üçün  Kremlə qarşı səfərbər olan Qərb qısa zamanda ölkə iqtisadiyyatına çox ağır zərbələr vura bilib: “Hökumət faktiki olaraq carəsizdir. Heç bir tədbir durumun az da olsa düzəlməsinə yardım etmir. Artıq MDB dövlətlərindən olan bir çox insan ölkəsinə geri qayıdıb. Çünki Rusiyada qalmağın heç bir mənası yoxdur. Əsasən Orta Asiyadan olanlar – türkmənlər, taciklər, özbəklər geri dönüb. Azərbaycan vətəndaşlarından da xeyli insan geri qayıdır. Özləri qalanların bəzilərini ailələrini Azərbaycana göndərib.
Faktiki olaraq dövriyyə, pul yoxdur. Ailəsi Azərbaycanda olanların da durumu çətinləşib.  İnflyasiya o qədər güclüdür ki, əldəki pul saatbasaat dəyərdən düşür. Bakıya ayda rahatlıqla 500-600 dollar göndərənlər bu gün 100 dollar göndərməkdə çətinlik çəkir. Kirayədə yaşayanlar daha ucuz evlərə köçmək məcburiyyətində qalıblar. Son 2 ayda heç bir qazancı olmayan xeyli insan var. Onların ölkələrinə dönməkdən başqa çarəsi yoxdur”.
Nəsib Əliyev deyir ki, ölkəsinə dönmə qərarı verən bəzi insanlar bu addımı kapitallarını qorumaq üçün atıb: “Rusiyada kapital  hətta dollarda olsa belə təhlükədədir. Çünki dövriyyə yoxdur. Dövriyyədə olmayan kapital gec-tez “buxarlanacaq”. Əldə olanını qorumaq üçün bəziləri ölkələrinə dönüb biznes qurmaq qərarına gəlib. Ancaq bu da o qədər perspektivli deyil. Ölkələrin çoxunda bazar sadə desək, doludur. Üstəlik ciddi monopoliya var. Yəni dərindən düşünəndə ölkəyə dönüş də ciddi perspektiv vəd etmir. Ölkəsinə dönənlər əslində bunun fərqindədirlər. Ancaq çıxış yolu yoxdur. İnsanlar faktiki olaraq nə etməli olduqlarını dəqiqləşdirə bilmirlər. Çox qeyri-müəyyən və acınacaqlı durum yaranıb”.
İş adamının sözlərinə görə, Rusiyada istər ərzaq, geyim, istər məişət texnikası, tikinti materialları, istərsə də daşınar və daşınmaz əmlak bazarında durğunluqdur: “Qiymətlər həddən artıq bahalaşıb. Xüsusən ərzaq məhsulları. Təsəvvür edin, ötən il xiyarın 1 kiloqramı təxminən 3 dollar idi, indi 10 dollardan aşağı deyil. Pomidor 4 dollara idi – 12 dollara qalxıb. Bu tendensiya bütün ərzaq məhsullarında müşahidə olunur. Xaricdən gələn meyvə, tərəvəz Rusiya bazarında qısa müddətdə tullantıya çevrilir – alıcı yoxdur. Azərbaycandan gətirilən tonlarla xurma, xirnik, nar, heyva, pomidor, xiyar anbarlarda çürüyür. Əhali yalnız vacib ərzaqları ala bilir. Avropadan gətirilən ərzaqlarda da durum eynidir. 1 dollar 60 rubldan alıb Avropaya məhsul dalınca gedən iş adamı 5 gün sonra ölkəyə qayıdanda dollar  artıq 70 rubla yüksəlir. Həmin məhsul Rusiyaya çatanda durum bir az da pisləşir. Alıcılıq qabiliyyətinin aşağı olması, bütövlükdə inflyasiyanın dərinləşməsi izahedilməz bir xaos yaradıb.
Məişət texnikası bazarında isə tamamilə durğunluqdur. Ölkəyə yeni avadanlıq faktiki olaraq gətirilmir. Böhran başlayan günlərdə insanlar pullarını qorumaq üçün televizor, paltaryuyan, qabyuyan, soyuducu aldığından alıb. Ancaq indi şirkətlər ölkəyə yeni məhsul gətirməyə ehtiyatlanır. İri ticarət mərkəzləri sovetlər dönəmindən sonrakı boş piştaxtaları mağazaları xatırladır. Banklarda hesabı və nağd  pulu olan insanların bir hissəsi daşınar və daşınmaz əmlak aldı. Xüsusən ehtiyatını dollarda saxlayanlar bu işdən nisbətən qazanclı çıxdılar – avtomobillərin, evlərin qiymətləri 2 ay içərisində inanılmaz ucuzlaşdı. Ancaq bu, əhalinin kiçik bir təbəqəsinə aiddir. Çoxluq böhrandan ciddi əziyyət çəkir. Mən illərdir Rusiyadayam, bu ilki kimi sönük, əhvalsız yeni il qarşılanması görməmişdim. Heç pulu olan insanların da könlü açılmır. Çünki ümumi durum hamıya təsir edir, insanların sabaha ümidi yoxdur. İndi Rusiyada nə yerli əhalinin, nə də emiqrantların üzü gülür”.
Həmyerlimiz deyir ki, prezident Putinin tərəfdarları yenə də çox olsa da əhali artıq durumdan narahatlıq keçirir: “Rusiyanın güclü təbliğat maşını var. Ukraynaya hərbi müdaxilənin ilk aylarında Rusiya cəmiyyətində hakimiyyəti dəstəkləyən çox idi. Hər kəs deyirdi ki, Qərb Ukraynanı sərvətlərini talamaq üçün öz cənginə keçirmək istəyir və bu prosesin qarşısını yalnız Kreml ala bilər. Çoxların inanmırdı ki, neftin qiymətinin ucuzlaşması Rusiyanın nəhəng iqtisadiyyatını belə qısa zamanda çökdürə biləcək. Ruslar çox vətənpərvərdirlər.
Ölkələrinə qarşı Qərbin təpkisinə çox həssasdırlar və bu durumda toparlanmağı bacarırlar. Ancaq indi iqtisadi durum o qədər pisləşib ki, insanlar bir-iki ay öncə söylədikləri fikirlərini dəyişir. Vətəndaşlar hökumətin vədlərini boş, əsassız sayır, deyilənləri yalnız təbliğat kimi qiymətləndirirlər. Əgər bir ay qabaq ruslar  “Putin nə etməlidir? Bütün Qərb onu təkləyib” deyirdilərsə, indi “Axı Ukraynaya qoşun yeritmək bizim nəyimizə gərək idi” sualını verirlər. Rusların bir hissəsi isə hələ də elə düşünür ki,  Ukraynanın Qərblə yaxınlaşması Rusiyanın maraqlarına uyğun deyil”.
Nəsib Əliyevin sözlərinə görə, indi paytaxt Moskvanın  mərkəzində minlərlə boş ticarət mərkəzləri var: “Təxminən 5-6 ay öncə Moskvanın mərkəzində icarəyə götürmək üçün 30 kvadratmetr yer tapmaq mümkün deyildi. İcarə qiymətləri ən yandırırdı. İndi isə paytaxtın mərkəzi daxil olmaqla istənilən səmtində minlərlə ticarət obyekti boşdur. Son 2-3 ayı obyekt icarəyə götürənlər zərərlə işlədikləri üçün icarə haqqı ödəyə bilməyib, çoxlarının əmlakı icarədarlarda girov kimi qalıb. Durumu çətinləşdirən əsas məqam icarə haqlarının dollarla olmasıdır. Əgər yayda Moskvanın mərkəzində 50 kvadratmetrlik obyekt təmirindən, avadanlıqlarından asılı olaraq 15-20 min dollara idisə, indi icarədarlar həmin obyektləri 3-4 min dollara verməyə hazırdır. Ancaq obyektlərə yaxın duran yoxdur – nə alan, nə satan var. Rusiyanın bütün ticarət dövriyyəsi dayanıb. Hələ böhran indi başlayır. Özüm də daxil olmaqla çevrəmdə illərlə Rusiyada bizneslə məşğul olan iş adamlarının az qala 80 faizi müflis olmuşuq”.
İş adamı bildirir ki, durum bu cür davam etsə, digər MDB ölkələri də daxil olmaqlar Azərbaycana axın güclənəcək
Previous Post

“Rusiyada qalmağın mənası yoxdur”

Next Post

Lənkəranski yenidən beynəlxalq axtarışa verildi

Bənzər yazılar

Ermənistandan gələn məhsullara rüsumu ləğv etdilər

Ermənistandan gələn məhsullara rüsumu ləğv etdilər

04 Sentyabr 2026 - 15:42

Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsi (INTA) Ermənistandan Avropa İttifaqına idxal olunan geniş çeşiddə məhsullara gömrük rüsumlarının müvəqqəti ləğv edilməsini təsdiqləyib....

Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir

Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir

04 Sentyabr 2026 - 14:16

Azərbaycana gətirilən nəqliyyat vasitələri üzərində gömrük nəzarəti və rəsmiləşdirilmənin güzəştli, sadələşdirilmiş qaydası müəyyənləşib. Elchi.az Trend-ə istinadla xəbər verir ki, bununla...

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

03 Sentyabr 2026 - 21:12

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub. Bu barədə Elchi.az a Dövlət İmtahan Mərkəzindən məlumat verilib....

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

03 Sentyabr 2026 - 20:59

ABŞ-nin Florida ştatının Hillsboro qraflığında kiçik "Lancair Evolution" təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb. Elchi.az  "Fox 29"a istinadən xəbər...

Next Post

Lənkəranski yenidən beynəlxalq axtarışa verildi

Azərbaycan kosmosda yer icarəyə götürdü

Son xəbərlər

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

04 Sentyabr 2026 - 21:55
ABŞ Uitkoffla Kuşnerin səfəri müddətində Ukrayna və Rusiyanı qarşılıqlı zərbələri dayandırmağa çağırıb

ABŞ Uitkoffla Kuşnerin səfəri müddətində Ukrayna və Rusiyanı qarşılıqlı zərbələri dayandırmağa çağırıb

04 Sentyabr 2026 - 21:53
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 21:09
MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05
Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

04 Sentyabr 2026 - 21:03
Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

04 Sentyabr 2026 - 20:59
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb

Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb

04 Sentyabr 2026 - 19:26
Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 19:12
Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

04 Sentyabr 2026 - 18:53
Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

Yaşıllıqlara 200 min manat ziyan vuruldu

04 Sentyabr 2026 - 18:45
Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

04 Sentyabr 2026 - 18:36
Nepaldakı daşqın qurbanlarının sayı təxminən 1,3 min nəfərə çatıb

Nepaldakı daşqın qurbanlarının sayı təxminən 1,3 min nəfərə çatıb

04 Sentyabr 2026 - 18:22
Bakı metrosunda ötən ay 18 milyondan çox səfər qeydə alınıb

Bakıda yeni metro stansiyanın adı “20 Sentyabr” olacaq

04 Sentyabr 2026 - 18:14
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

04 Sentyabr 2026 - 17:59
Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

04 Sentyabr 2026 - 17:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.