Rusiyada binada partlayış: ölənlər var – Video

40

Rusiyanın Saxalin adasının Tımovskoye şəhər tipli qəsəbəsində beşmərtəbəli yaşayış evində qaz partlayışı olub.

Elchi.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində 3 nəfərin öldüyü bildirilir.

Partlayışa məişət qazı səbəb olub. Hazırda dağıntılar altında qalan şəxslərin axtarışı davam edir.