Rusiya XİN: qırmızı xətlər keçmişdə qalıb, hibrid müharibə var

38

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Ukrayna münaqişəsindəki qondarma qırmızı xətlərlə bağlı bütün arqumentlər keçmişdə qalıb və Rusiyaya qarşı hibrid müharibə gedir.

Elchi.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

“ABŞ birmənalı olaraq Rusiyaya strateji məğlubiyyət vermək istəyini bəyan edib. Reallığı görməmək mümkün deyil”, – Rusiya XİN-dən bildirilib.

Bundan əvvəl Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski qeyd edib ki, Qərb artıq bəzi qırmızı xətləri keçib. O, xatırladıb ki, Rusiya NATO ilə birbaşa toqquşma istəmir və NATO da oxşar bəyanatlar verir, lakin eyni zamanda Ukraynanı silahlandırmaqda davam edir.

Yeganə