Microsoft şirkətinin təsisçisi və milyarder iş adamı Bill Qeyts vəziyyətin ciddiliyinə diqqət çəkərək, süni intellektin yaratdığı artan riskləri azaltmaq üçün qlobal səylərin göstərilməsini tələb etdiyini bildirib.
Elchi.az xəbər verir ki, Reuters agentliyinə verdiyi müsahibədə Qeyts ABŞ-ın bu məsələdə liderliyi ələ alacağı təqdirdə Çinin potensial təhlükəli süni intellekt modellərinin yayılmasını məhdudlaşdırmağa razı ola biləcəyinə inandığını bildirib.
Bu ilin sonlarında Çin prezidenti Si Cinpinlə görüşməyi planlaşdırdığını bildirən Qeyts bütün dünyanın belə bir addımı dəstəkləyəcəyini bildirib.
Si Cinpinlə planlaşdırılan görüş
Qeytsin komandası noyabr ayında Çinə planlaşdırılan səfəri zamanı Si Cinpinlə görüşmək üçün əlaqələrini davam etdirir.
Texnologiya dünyasının əvvəllər heç vaxt belə bir inkişafın şahidi olmadığını vurğulayan Qeyts, mövcud prosesin bütün cəmiyyət tərəfindən idarə olunmalı olan bir siyasət həddi olduğunu bildirib.
Qeyts bildirib ki, görüşdə o, ölkələrin süni intellektin molekullar istehsal etmək və bioloji hücumlar həyata keçirmək qabiliyyətini izləməsini təklif etməyi hədəfləyir və bu nəzarətin texnologiya sektorunun inkişafına mane olmayacağını iddia edib.
Şayəstə





















