ABŞ-ın Alyaska ştatında kiçik təyyarənin suya düşməsi nəticəsində dörd nəfər həlak olub.
Elchi.az xəbər verir ki, Səlahiyyətlilər Alyaskanın Ankoric şəhərindən havaya qalxan “Piper PA-24” tipli təyyarənin hələlik müəyyən edilməmiş səbəbdən qəzaya uğradığını açıqlayıblar.
Səlahiyyətlilər Seldoviya bölgəsində suya düşən təyyarədə olan dörd nəfərin cəsədinin tapıldığını və qəza ilə bağlı araşdırmanın davam etdiyini bildiriblər.
Şayəstə




















