Rusiya Avropa İttifaqının yeni sanksiyalarına adekvat cavab verəcək.
“Reuters”in verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Naziriliyinin bəyanatında deyilir.
“Yeni sanksiyalar tətbiq olunsa, buna lazımi cavab veriləcək”, – deyə bəyanatda vurğulanıb.
Qeyd edək ki, Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağını açıqlayıb. Sanksiyaların sentyabrın 8-dən qüvvəyə minəcəyi bildirilir.