Rusiya Xarici İşlər Nazirliyi bu ölkələri taxıl ixracı üçün cəbhə adlandırıb

79

Ərzaq təhlükəsizliyini təmin etmək üçün bir addım kimi irəli sürülən taxıl müqaviləsi əslində Ukrayna taxılının yaxşı qidalanan ölkələrə kommersiya ixracı üçün cəbhəyə çevrildi. Elchi.az“İzvestiya” ya istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.

Diplomat diqqətə çatdırıb ki, Qərb korporasiyaları Asiya, Afrika və Latın Amerikasının ehtiyacı olan ölkələrinə yardım etmək əvəzinə, mümkün taxıl qıtlığı fonunda spekulyasiyalar sayəsində gəlir əldə ediblər.

Qeyd edək ki, daha əvvəl bildirilib ki, taxıl müqaviləsinin uzadılmasından sonra dünya bazarında Ukrayna və Rusiyadan böyük həcmdə taxılın gələcək gözləntiləri səbəbindən buğda ucuzlaşıb. Mayın 17-də BMT-nin vasitəçiliyi ilə uzadılıb. Rusiyanın kənd təsərrüfatı nazirinin birinci müavini Oksana Lut mayın 20-də Ümumrusiya Taxıl Forumunda bildirib ki, 2023-2024-cü kənd təsərrüfatı ilində ölkə ümumi istehsal səviyyəsi 130 milyon ton olan 50-55 milyon ton taxıl ixrac etməyi planlaşdırır.

Havar Şəfiyeva