İranın müdafiə naziri Əziz Nəsirzadə Moskvada rusiyalı həmkarı Andrey Belousov ilə görüşüb.
Elchi.az -ın məlumatına görə, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali IRNA agentliyinə müsahibəsində bildirib.
“Görüşün məqsədi müdafiə və hərbi sahədə ikitərəfli əməkdaşlığı gücləndirmək olub”, – o qeyd edib.
Səfirin sözlərinə görə, Nəsirzadə, həmçinin iyulun 20-də Kremldə İranın ali dini liderinin müşaviri Əli Laricaninin Rusiya Prezidenti Vladimir Putinlə görüşündə də iştirak edib.


















