Son bir ildə Rusiya İranla görünməmiş hərbi əməkdaşlığa başlayıb.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qalantla birgə mətbuat konfransında bildirib.
Ostin bununla bağlı xüsusi narahatlığını ifadə edərək, bunu region üçün ciddi çağırış adlandırıb.
O, aydınlaşdırıb ki, Moskva ilə Tehran arasında artan strateji tərəfdaşlıq İranın pilotsuz təyyarələrinin Ukraynada istifadəsini ehtiva edir.
“Rusiya buna cavab olaraq İrana raket silahları və hava hücumundan müdafiə sahəsində əməkdaşlıq etməyi təklif edib”, – ABŞ Müdafiə Nazirliyinin rəhbəri bildirib.
Yeganə