Rusiya və Ukrayna üzbəüz danışıqlar apardı

🗓 24.04.2024 17:46 ✍️ "Elçi" qəzeti
Rusiya və Ukrayna üzbəüz danışıqlar apardı

Ombudsman Lvova-Belova: Rusiya Federasiyası və Ukrayna uşaqlarla bağlı üzbəüz danışıqlar aparıb. Elchi.az xəbər verir ki, Ombudsman Mariya Lvova-Belova bildirib ki, Qətərin vasitəçiliyi ilə Rusiya və Ukrayna ilk dəfə uşaqların geri qaytarılması ilə bağlı üzbəüz danışıqlar aparıb. O, danışıqların Dohada aparıldığına aydınlıq gətirib. Ombudsmanın sözlərinə görə, 29 uşağın Ukraynaya, 19 uşağın isə Rusiyaya köçməsi barədə razılıq əldə olunub. KP.RU saytının yazdığı kimi, martın sonunda Uşaq Ombudsmanı Mariya Lvova-Belova bildirib ki, Rusiya Qətərin vasitəçiliyi ilə daha beş uşağı ukraynalı ailələrə, bir uşağı isə Rusiyadakı qohumlarına verib. Ailənin görüşünün Qətərin Moskvadakı səfirliyində təşkil edildiyi dəqiqləşdirilib. Ombudsman qeyd edib ki, ümumilikdə 64 uşaq artıq Ukraynaya qayıdıb, 6 uşaq Rusiyadakı qohumlarına qovuşub. Qətərin səfiri Əhməd bin Nasser bin Casim Al Tani Ukraynalı ailələrin birləşməsində göstərdikləri köməyə və aktiv fəaliyyətinə görə Lvova-Belovaya və Rusiya prezidenti Vladimir Putinə təşəkkür edib. Diplomat vurğulayıb ki, bu proseslər gələcəkdə də davam edəcək. Şayəstə Hüseynova

Bənzər yazılar