İclasın gündəliyinə həmçinin regional təhlükəsizlik məsələləri də daxil edilib.
Elchi.az xəbər verir ki, çərşənbə axşamı, fevralın 28-də Rusiya Federasiyası və Ermənistanın müdafiə idarələrinin nümayəndələri arasında görüş keçirilib, görüş zamanı tərəfdaşlıq və ümumi təhlükəsizlik təşəbbüsləri müzakirə edilib. Bu barədə KP.RU-ya Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Rusiya tərəfdən danışıqları Rusiya Federasiyası müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin aparıb. Ermənistan adından respublikanın müdafiə nazirinin müavini Karen Brutyan çıxış edib.
Hərbi rəsmilər hərbi və hərbi-texniki əməkdaşlığın perspektivlərini və gələcək planlarını müzakirə edib, həmçinin regional təhlükəsizlik mövzusunu və həm Ermənistan, həm də Rusiya tərəfindən təşkil edilməli olan tədbirləri müzakirə ediblər.
Şayəstə