Rusiya Ukraynanın PUA-larını vurub

91

Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus iki PUA-nın havada vurulduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir: “Avqustun 27-də gecə və səhər saatlarında Kiyev rejimi sabit qanadlı PUA-lardan istifadə etməklə Rusiya Federasiyası ərazisində terror aktları həyata keçirmək üçün yeni cəhdlər edib. Bryansk və Kursk vilayətləri üzərində iki pilotsuz uçuş aparatı aşkar edilərək vurulub”.
Nazirlik həmçinin Xarkov vilayətinin Kupyansk ətrafında 30 Ukrayna əsgərinin öldürüldüyünü açıqlayıb. Bundan əlavə, Ukraynaya məxsus iki tank, minaatan heyəti və 2 “Kozak” tipli zirehli texnikanın məhv edildiyi bildirilib.

Nuranə Məmmədova