Rusiya: Ukraynanın Bryansk vilayətində PUA-ya hücum cəhdinin qarşısı alınıb

99

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Bryansk vilayətində pilotsuz uçuş aparatları (PUA) ilə hücum cəhdinin qarşısı alındığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Nazirlikdən verilən yazılı açıqlamada, Ukraynanın bu gün təyyarə tipli PUA-lardan istifadə edərək Rusiya ərazisinə hücuma cəhd etdiyi bildirilib.
Bunun “terror aktı” olduğu vurğulanan açıqlamada, “2 Ukrayna PUA-sı Bryansk bölgəsi üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edilib”.

Nuranə Məmmədova