Rusiya Ukraynadakı "Harry Potter qəsri"ni vurdu!

🗓 30.04.2024 13:48 ✍️ "Elçi" qəzeti
Rusiya Ukraynadakı "Harry Potter qəsri"ni vurdu!
Elchi.az xəbər verir ki, Rusiyanın Ukraynada Harri Potter qalası kimi tanınan binaya hücumu nəticəsində 5 nəfər ölüb, 32 nəfər yaralanıb. Ukraynaya qarşı hücumlarını davam etdirən Rusiya Odessanı hədəfə alıb. Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada, Rusiyanın Odessa sahillərində "Harri Potter qalası" kimi tanınan 4 mərtəbəli hüquq akademiyasına dünən təşkil etdiyi hücumda 5 nəfərin həyatını itirdiyi, 8-nin vəziyyətinin ağır olduğu 32 nəfərin yaralandığı bildirilib. Şayəstə Hüseynova

Bənzər yazılar