"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Rusiya-Ukrayna savaşının ikinci mərhələsi başladı – Putin nüvə başlıqlarını “itiləyir”

28 Sentyabr 2022 - 20:58
in SİYASƏT
FacebookVatsap

Cavanşir Abbaslı: “Putin hər bir hücumu ərazisinə təcavüz kimi qiymətləndirəcək”

Bunu da oxuyun

Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib

Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub

Bu ölkənin baş naziri Ukraynaya səfər edəcək

Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində sentyabrın 23-27 aralığında keçirdiyi “referendum” başa çatıb. Şimal qonşumuzun açıqladığı rəqəmlərlə bu yerlərin əhalisinin 87%-i Rusiyaya birləşmək istəyini ifadə edib, Donetsk (99,23%), Luqansk (98,42%), Zaporojye (93,11%), Xerson (87,05)…

Elchi.az xəbər verir ki, müharibənin bundan sonrakı mərhələsinin necə keçəcəyi, eləcə də, “saxta referendum”un nəticələri barədə SİTAT.İNFO-ya açıqlama verən AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Putin bu ərazilərə hücumu ərazisinə təcavüz kimi dəyərləndirəcək: “Rusiya-Ukrayna savaşının sentyabrın 27-dən etibarən II mərhələsi başladı. Hələ ki, Kreml heç bir hüquq normalarına əməl etməyərək, öz işğalçılıq siyasətini davam etdirməkdən çəkinmir. Savaşın II mərhələsinin başlandığını ona görə dedim ki, artıq beynəlxalq hüquqla referendumun nəticələri dünyada tanınmasa da, həmin ərazilər Rusiya əraziləri kimi qəbul olunmasa belə, Putin iqtidarı həmin yerlərə Ukrayna və digər güclər tərəfindən edilə biləcək hər bir hücumu ərazisinə təcavüz kimi qiymətləndirəcək. Necə ki, bu saxta referendumu keçirməmişdən əvvəl belə fikirlər Rusiya rəsmiləri tərəfindən irəli sürülürdü. Göründüyü kimi, Putinin nüvə təhdidi getdikcə reallaşmağa doğru gedir. “Referendum” keçirilərək Rusiyaya birləşdirilən bu 4 vilayətin artıq geri qaytarılmasının iki variantı görünür, ya Ukrayna ordusunun Qərbin milyardlarla yardım etdiyi genişmiqyaslı hücumları ilə bu mümkündür, ya da NATO-nun proseslərə birbaşa qarışıb, canlı qüvvəni işə salması ilə. İndiki halda isə bu iki variantın heç biri mümkün görünmür. Çünki milyardlarla silah yardımı qarşısında Ukrayna tərəfi müharibədən keçən 8 ay müddətində azından Xerson və Zaparoje vilayətlərinin azından işğalına gücü çatsaydı imkan verməzdi. Digər tərəfdən isə, NATO buna şərait yaratmaya bilərdi…”.

Nüvə müharibəsinin nə dərəcədə real olması gəlincə, C.Abbaslı bildirdi ki, buna ehtimal çox azdır: “Açığı bu dəhşətli silahdan 1945-ci ildə Yaponiyada istifadə edilməsinin ardından bir daha indi istifadə ediləcəyini zənn etmirəm. Bu bir halda mümkündür ki, NATO qondarma referendum keçirilən vilayətlərə hücum etsin. Bunu da mümkünsüz hesab edirəm. Əvvəlki müsahibələrimdə də bildirmişdim, Avropa ölkəsi insanının bu tipli müharibələrdə həyatını itirməsini istəməz. Sadəcə bundan sonra Rusiyaya qarşı təzyiqlərini, Ukraynaya da dəstəyini daha da artıracaq. İlin sonuna qədər hər iki tərəf savaşı yekunlaşdırmağa can atacaq. Qərb ölkələri qış fəslində üzləşə biləcəyi fəsadlar səbəbindən Ukraynanın qalibiyyətinə etdiyi böyük yardımlarla nail olmağa çalışacaq, Putin isə əlində olan əsas silahından- neft-qaz üstünlüyündən yararlanıb savaşın bitməsinə cəhd edəcək. İstənilən halda qarşıdakı 3 ayda çox ciddi proseslərin yaşanacağını indidən proqnozlaşdırmaq elə də çətin deyil.Bir sözlə Rusiya-Ukrayna savaşı indiki vaxtda ehtimalı az görünsə də dünyanı nüvə müharibəsinə, bu baş verərsə, III Dünya Müharibəsinə və başvermə ehtimalı daha real görünən neft-qaz asılılığından xilas olma mücadiləsinə doğru aparır”.

Ətraflı
C.Abbaslı sonda Rusiyanın irtica siyasətinin Gürcüstanda davam etdirilə biləcəyindən narahatlığını ifadə etdi: “Bəllidir ki, Rusiya 2008-ci ildə Gürcüstana hücumla Abxaziya və Cənubi Osetiya kimi qondarma rejimlər orada yaratdı, bundan 6 il sonra da bu gün birləşməsini rəsmiləşdirdiyi Donetsk və Luqansk kimi vilayətlərdə iki separatçı rejim yaratdı. Avropa isə son 14 və 8 ildə bu işğalçılıq siyasətinin qarşısını almaqda aciz göründü. Onun üçün də gələcəkdə Kremlin Gürcüstanda işğalçılıq siyasətini qondarma referendumla davam etdirəcəyindən narahat olmamaq mümkün deyil. Xatırlayırsınızsa, aylar öncə həmin ərazilərdə rus pasportları da paylanmışdı. Əgər bu siyasət Gürcüstanda davam edərsə, qonşu ölkə kimi bizim üçün də çətin durum yaranar. Təəssüflər olsun ki, bütün dünyanı qarşıda çətin gələcək gözləyir”.

Previous Post

Rusiya-Ukrayna savaşının ikinci mərhələsi başladı – Putin nüvə başlıqlarını “itiləyir”

Next Post

Erməni ordusu atəş açdı, hərbçimiz yaralandı

Bənzər yazılar

Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib

Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib

18 Sentyabr 2026 - 10:56

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniya səfiri Dirk Lölke ilə görüşüb....

Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub

Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub

17 Sentyabr 2026 - 21:24

Rusiya və Çin BMT-nin Təhlükəsizlik Şurasında (TŞ) İran üzrə 1737 saylı Komitənin ekspertlər qrupunun mandatının 2027-ci ilin sentyabrınadək uzadılması haqqında...

Bu ölkənin baş naziri Ukraynaya səfər edəcək

Bu ölkənin baş naziri Ukraynaya səfər edəcək

17 Sentyabr 2026 - 21:21

Slovakiyanın Baş naziri Robert Fitso sentyabrın 18-də Ukraynaya səfər edəcək. Elchi.az xəbər verir ki, bu barədə o, "Facebook" sosial şəbəkəsindəki...

Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

17 Sentyabr 2026 - 20:33

Azərbaycan və Estoniya Respublikasının Xarici İşlər nazirlikləri (XİN) arasında ikinci konsulluq məsləhətləşmələri keçirilib. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan...

Next Post
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

Erməni ordusu atəş açdı, hərbçimiz yaralandı

Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

Erməni ordusu atəş açdı, hərbçimiz yaralandı

Son xəbərlər

Fermerlərə məhsul şəhadətnaməsi müddətli veriləcək

Fermerlərə məhsul şəhadətnaməsi müddətli veriləcək

18 Sentyabr 2026 - 12:27
Azərbaycan millisinin heyəti açıqlanıb

Azərbaycan millisinin heyəti açıqlanıb

18 Sentyabr 2026 - 12:18
Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

18 Sentyabr 2026 - 12:10
Yol polisi Formula 1-lə əlaqədar sürücülərə müraciət edib

Yol polisi Formula 1-lə əlaqədar sürücülərə müraciət edib

18 Sentyabr 2026 - 12:03
FHN sürücülərə müraciət edib

FHN sürücülərə müraciət edib

18 Sentyabr 2026 - 11:58
Milli Məclisin iclası keçirilir

Metro və dəmir yolu layihələri üçün torpaqların alınması qaydaları təkmilləşdirilir

18 Sentyabr 2026 - 11:50
TikTok-un təsisçisi Asiyanın ən varlı insanı oldu

TikTok-un təsisçisi Asiyanın ən varlı insanı oldu

18 Sentyabr 2026 - 11:44
Cənubi Koreya Hörmüz boğazına əsgər göndərməyəcək

Cənubi Koreya Hörmüz boğazına əsgər göndərməyəcək

18 Sentyabr 2026 - 11:37
Rusiyanın Qərbə qarşı ittihamı gərginliyi artıra bilər: “Müharibəyə hazırlaşırlar”

Rusiyanın Qərbə qarşı ittihamı gərginliyi artıra bilər: “Müharibəyə hazırlaşırlar”

18 Sentyabr 2026 - 11:25
İran Hörmüz boğazında tankerə zərbə endirdi

İran Hörmüz boğazında tankerə zərbə endirdi

18 Sentyabr 2026 - 11:16
Asiya ölkələri “rekord səviyyəli” El-Nino təhlükəsinə qarşı həyəcan təbili çalır

Asiya ölkələri “rekord səviyyəli” El-Nino təhlükəsinə qarşı həyəcan təbili çalır

18 Sentyabr 2026 - 11:09
Azərbaycan DTX 5 ölkədə paralel antiterror tədbirləri keçirib, 10 nəfər saxlanılıb – VİDEO

Azərbaycan DTX 5 ölkədə paralel antiterror tədbirləri keçirib, 10 nəfər saxlanılıb – VİDEO

18 Sentyabr 2026 - 11:00
Şimali Koreyanın nüvə sınaqları tektonik qırılmaları aktivləşdirmiş ola bilər

Şimali Koreyanın nüvə sınaqları tektonik qırılmaları aktivləşdirmiş ola bilər

18 Sentyabr 2026 - 10:57
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib

Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib

18 Sentyabr 2026 - 10:56
ABŞ hərbçiləri Avropadakı qoşun sayının azaldılmasını müzakirə edir

ABŞ hərbçiləri Avropadakı qoşun sayının azaldılmasını müzakirə edir

18 Sentyabr 2026 - 10:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.