İndiki mərhələdə Rusiya-Ukrayna müharibəsini diplomatiya yolu ilə sonlandırmaq mümkün deyil.
Elchi.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.
Kansler bildirib ki, Rusiya bu prosesə mane olur və Ukrayna ruslara güzəştə getməməlidir:
“Hazırda bizi narahat edən bu qanlı müharibə ilə Putin ilk növbədə, danışıqlar zamanı əvvəllər görülmüş bütün səylərin üstündən xətt çəkib”.
O deyib ki, diktatorlar nəhayət anlamalıdır ki, müstəqil ölkələrin ərazilərini ələ keçirmək mümkün deyil:
“İlk növbədə Rusiya başa düşməlidir ki, diktatura dünyası ideyası işə yaramayacaq. Sadəcə flomasterlə ərazini gəzə və “bura indi mənimdir” deyə bilməzsən. Ona görə də diktatura dünyası olmayacaq, fərqli anlayış olmalıdır”.
Bricit Makron barədə iddiaları ilə tanınan jurnalist Nataşa Rey vəfat etdi
Bricit Makronun kişi olaraq doğulduğunu iddia edən fransalı jurnalist Nataşa Rey vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə jurnalist...





















Son şərhlər