İndiki mərhələdə Rusiya-Ukrayna müharibəsini diplomatiya yolu ilə sonlandırmaq mümkün deyil.
Elchi.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.
Kansler bildirib ki, Rusiya bu prosesə mane olur və Ukrayna ruslara güzəştə getməməlidir:
“Hazırda bizi narahat edən bu qanlı müharibə ilə Putin ilk növbədə, danışıqlar zamanı əvvəllər görülmüş bütün səylərin üstündən xətt çəkib”.
O deyib ki, diktatorlar nəhayət anlamalıdır ki, müstəqil ölkələrin ərazilərini ələ keçirmək mümkün deyil:
“İlk növbədə Rusiya başa düşməlidir ki, diktatura dünyası ideyası işə yaramayacaq. Sadəcə flomasterlə ərazini gəzə və “bura indi mənimdir” deyə bilməzsən. Ona görə də diktatura dünyası olmayacaq, fərqli anlayış olmalıdır”.
NATO şərq cinahında hava və antidron müdafiəsini gücləndirəcək
Almaniya və onun NATO üzrə tərəfdaşları alyansın şərq cinahında, o cümlədən Baltik və Qara dəniz regionlarında hava və antidron müdafiəsinin...





















Son şərhlər