Rusiya -Ukrayna müharibəsinə müdaxilə etməyimizə ehtiyac yoxdur

92

Rusiya -Ukrayna müharibəsində Azərbaycanın birmənalı şəkildə hansısa ölkənin tərəfini tutması arzuedilən deyil. Dövlətimizin mövqeyini bu mənada müsbət qiymətləndirirəm. Düzdür humanitar yöndə Ukraynaya dəstək oluruq. Bundan artığına, Rusiya -Ukrayna müharibəsinə çox müdaxilə etməyimizə ehtiyac yoxdur”- bu sözləri Elchi.az-a açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi kimi Mübariz Göyüşlü deyib.

O, açıqlamasında həmçinin qeyd edib:” Əgər bu müharibə Rusiyanın lehinə bitərsə hesab edirəm ki, Rusiyanın Cənubi Qafqazda fəallığı biraz da arta bilər. Rusiya tərəfindən yaradılmış münaqişə ocaqlarında Rusiya tərəfindən gərginliyi artırıla bilər. Əgər belə olarsa, Xankəndidə separatçılıq meyillərinin artması kimi məsələlər çox təhlükəli durum yarada bilər . Ukrayna məsələsini öz xeyrinə həll etdikdən sonra Rusiya Cənubi Qafqazda qisasçılıq hissi ilə hansısa addımları ata bilər. Azərbaycanla normal sivil qonşuluq münasibəti yürüdərsə Rusiya daha çox qazana bilər, nəinki separatizmə dəstək. Rusiya Xankəndidəki separatçılara dəstək verməyə davam edərsə bu onun Cənubi Qafqazdakı maraqlarına ciddi şəkildə təhdiddir. Bu ciddi problem yaradacaq bir məsələdir”.

Siyasi şərhçi eyni zamanda Rusiya Cənubi Qafqaz məsələsində Azərbaycana tam güvənməli, Xankəndidəki separatçı tör-töküntüsünü ləğv olunmasına, orada Azərbaycan bayrağının dalğalanmasına şərait yaradılmasının lazım olduğunu da vurğulayıb.

Havar Şəfiyeva