Rusiya aprel ayında TRAMP təyyarə tipli nəqliyyat dronunun ilk uçuşunu planlaşdırır.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“TRAMP-ın yaradıcıları dronu yerdə sınaqdan keçirməyə başlayıblar. Dronun idarəetmə sistemləri və mexanizmləri yoxlanılır, parametrləri dəqiqləşdirmək üçün uçuş-enmə zolağından çıxmadan bir sıra manevrlər həyata keçirilir”, – məlumatda qeyd olunub.
Məlumata görə, dron mülki məqsədlər üçün ərazilərin monitorinqi və kənd təsərrüfatında da istifadə oluna bilər.
Dron 600 km məsafəyə 250 kiloqrama qədər yük aparmaq qabiliyyətinə malikdir.
IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib
İran tərəfi Vaşinqtona ünvanladığı 7 şərtin icrasında israr edir və ABŞ-nin vitse-prezidenti Cey Di Vensin məktubunu cavablandırmayıb. Elchi.az IRIB-yə istinadən...





















Son şərhlər