"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Rusiya telekanalında azərbaycanlı ekspertlər ermənilərin yalanlarını ifşa ediblər (VİDEO)

12 Aprel 2016 - 23:54
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

Məkkə sazişinə qoşulanların sayı arta bilər

Rusiya telekanalında azərbaycanlı ekspertlər ermənilərin yalanlarını ifşa ediblər (VİDEO)
Rusiyanın “TVC” telekanalında yayımlanan “Pravo qolosa” siyasi tok-şousunda ermənipərəst rusiyalı politoloqlara və erməni ekspertlərə Azərbaycanı təmsil edən ekspertlər tərəfindən layiqli cavab verilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə,  aprelin 11-də Bakıda doğulan milliyətcə erməni Roman Babayanın müəllifi olduğu verilişdə azərbaycanlı ekspertlərin iştirakı əvvəldən planlaşdırılmayıb. Yenə də həmişə olduğu kimi Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin eskalasiyasında günahkar kimi Türkiyə ilə birlikdə göstərmək üçün əslən azərbaycanlı, lakin Türkiyə informasiya agentliyini təmsil edən jurnalist Fuad Abbasov verilişə ekspert qismində dəvət olunub. Lakin Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanovun səyləri nəticəsində Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktorunun birinci müavini, hüquqşünas Samir Məmmədovun həmin verilişə qatılması mümkün olub. Samir Məmmədovdan başqa Azərbaycanı tok-şouda jurnalist və politoloq Aydın Mehdiyev də təmsil edib.
Verilişin ilk dəqiqələrindən etibarən erməni aparıcı Roman Babayan Azərbaycan-Türkiyə ittifaqının Rusiya-Ermənistan ittifaqına qarşı olduğunu göstərmək cəhdləri azərbaycanlı ekspertlər tərəfindən etirazla qarşılanıb. Diaspor nümayəndəmiz Samir Məmmədov türkiyəli ekspertin mövqeyinin Azərbaycanın mövqeyi olmadığını söyləyib: “Türkiyəli ekspertin mövqeyi Azərbaycan mövqeyi deyil, səhv etməyin… Azərbaycanın mövqeyinin Azərbaycan tərəfi səsləndirəcək. Türk mediasını təmsil edən jurnalistin şəxsi mövqeyini Azərbaycanın mövqeyi kimi təqdim etməyə cəhd etməkdən əl çəkin”.
Roman Babayan bu etirazdan sonra kinayəli olaraq Türkiyə ilə Azərbaycanın ayrı-ayrı maraqlarının olduğunu iddia edib.
Verilişdə çıxış edən politoloq Aydın Mehdiyev bildirib ki, Dağlıq Qarabağda son döyüşlərin nəticəsi və bu proseslərdə Rusiyanın bitərəfliyi Ermənistanı çox məyus edib: “Azərbaycan tərəfi əkshücum etdiyini gizlətmir. Rəsmi Bakı hərbi gücünü nümayiş etdirdi. Azərbaycan tərəfi geri qaytardığı torpaqları ermənilərə geriyə qaytarmaq təklifinə də qəti olaraq yox cavabı verdi. Prezident İlham Əliyev istəsəydi ordunu Xankəndinə qədər aparardı. Bakı atəşkəs elan etməklə dünyanın sülh çağırışına hörmət etdiyini göstərdi. Bununla yanaşı Ermənistanın tələblərinə Rusiya da fikir vermədi. Rəsmi Moskva Azərbaycana silah satmaqdan imtina etməyəcəyini açıqladı”.
Erməni aparıcı Roman Babayanın diaspor nümayəndəmiz Samir Məmmədova “Siz Qarabağ uğrunda savaşmaq istəyirsiniz? Bəs kompromisə getmək istəməzdiniz?” suallarını ünvanlayıb. Samir Məmmədov isə cavabında azərbaycanlılar, bütün xalqlar kimi öz ərazi bütövlüyünü qorumağa və bərpa etməyə haqqlıdırlar. Bizim artıq sülh təklifimizdə kompromis var. Siz onu niyə görmürsünüz? Beynəlxalq hüquq normaları Azərbaycana haqq verir ki, ərazi bütövlüyünü bərpa etsin. Sizdən, hər birinizdən xahiş edirəm ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə tanış olsun! O qətnamələrin hər biri erməni silahlı qüvvələrindən Qarabağı tərk etməyi tələb edir. Bütün dünya erməni ordusunu təcavüzkar kimi tanıyır. Xahiş edirəm Rusiyanı Azərbaycan əleyhinə olan dövlət kimi təqdimetmə təxribatından əl çəkin. Rusiya efirində hazırda bu kimi təxribatlar müşahidə olunur. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu, bir nömrəli tezisdir. Həmin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə Rusiya da imza atıb.  Həmin qətnamələrdə ermənilərin Qarabağda etnik təmizləmələr aparması qeyd olunub”.
Qeyd edək ki, “Pravo qolosa” verişinin 11 aprel buraxılışında çıxış edən Azərbaycanı təmsil edən ekspertlərin çıxışları montaj olunub, ermənilər və Dağlıq Qarabağ münaqişəsi barədə səsləndirdikləri tarixi faktlar kəsilərək efirə buraxılmayıb. Məsələn,  Aydın Mehdiyevin “ermənilər işğala görə Azərbaycana təzminat ödəməlidir” kimi ifadəsini, Türkiyəni təmsil edən jurnalist Fuad Abbasovun Qarabağın Azərbaycana mənsubluğunu sübut edən arqumentlərini, ermənilərin Türkiyəyə, Gürcüstana, hətta İrana olan ərazi iddialarını barədə çıxışı kəsilib.
Samir Məmmədov verilişdə ekspert qismində qondarma “DQR”-in nümayəndəsinin dəvət olunmasına da etirazını bildirib: “Siz bununla Rusiya qanunlarını pozursunuz. Rusiya belə bir adda dövləti tanımır. Siz öyrənin görün “DQR” təmsil edən şəxs cibində hansı ölkənin pasportunu daşıyır”. Verilişin bu hissəsi də efirə getməyənlər arasındadır.
Bundan başqa diaspor nümayəndəmiz Samir Məmmədovla erməni aparıcı Roman Babayan arasındakı dialoq da efirə buraxılmayıb: “Roman, sən niyə demirsən ki, müharibəni birinci ermənilər Ermənistanda başlayıb. Niyə demirsən ki, Ermənistandan 360 min azərbaycanlını ermənilər qovublar. Niyə azərbaycanlıların Ermənistanda üzləşdiyi problemləri demirsən? Niyə birtərəfli mövqedən çıxış edirsən? Bütün efir boyu sən yalan danışırsan. İkiüzlüsən, yalan satırsan Rusiya ictimaiyyətinə. Şəxsən mən Ermənistandan 5 yaşında qovulmuşam.  Masis rayonunun Zəngilər kəndindənəm. 5 yaşım var idi, erməni quldurları və silahlıları bizim evimizi dağıtmağa gələn zaman. Niyə bu barədə danışmırsız? Cavab verin!”
Roman Babayan isə hazırkı verilişdə söhbətin o zamankı hadisələrdən deyil, aprelin əvvəlində cəbhə bölgəsində baş verən hadisələrdən getdiyini söyləyərək Samir Məmmədovun ittihamlarına cavab verməyə faktı olmadığını etiraf etmiş olub.
Previous Post

Rusiya telekanalında azərbaycanlı ekspertlər ermənilərin yalanlarını ifşa ediblər (VİDEO)

Next Post

Nazim İbrahimov oğlunun hərbi xidmətdən yayınması iddialarına münasibət bildirib

Bənzər yazılar

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33

Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda canlı arı pətəklərinin içərisindəki şanların arasına gizlədilmiş vəziyyətdə 91,1 kq narkotik vasitə ələ keçirilib. Elchi.az...

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32

İtaliyanın Qarda gölü yaxınlığındakı çadır düşərgəsində baş verən yanğın nəticəsində 10-dan çox insan xəsarət alıb. Elchi.az xəbər verir ki, bu...

Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın imzaladığı Məkkə sazişinə altıdan çox ölkə qoşulmaq istəyir. Elchi.az "Haber Global"a istinadən xəbər verir ki,...

İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55

İran ABŞ-nin irəli sürdüyü təklifə cavabını Qətər vasitəsilə Amerika tərəfinə çatdırıb və bununla da nüvə proqramı ilə bağlı müzakirələrin yenidən...

Next Post

Nazim İbrahimov oğlunun hərbi xidmətdən yayınması iddialarına münasibət bildirib

Nazim İbrahimov oğlunun hərbi xidmətdən yayınması iddialarına münasibət bildirib

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.