Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-34 qırıcı təyyarəsi təsadüfən Ukrayna ərazisi əvəzinə Ukrayna sərhədindən 40 kilometr aralıda yerləşən Belqorod şəhərini vurub.
Elchi.az xəbər verir ki,Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukrayna ərazisinə edilən hücumlarda iştirak edən Su-34 qırıcısının Rusiyanın Belqorod şəhərinə sursat atdığı açıqlanıb.
Belqorod qubernatoru Vyaçeslav Qlodkov, Rusiya təyyarəsinin təsadüfən şəhəri bombalaması ilə bağlı :”Hadisədə 3 nəfər yaralanıb, yaralılardan biri xəstəxanada müalicədən imtina edib. Digər ikisinin isə xəstəxanada müalicəsi davam edir”.
Qladkov bildirib ki, sursatların şəhərə düşməsi nəticəsində eni 20 metr olan çuxur əmələ gəlib. Qlodkov həmçinin bildirib ki, bəzi binalara və park edilmiş avtomobillərə ciddi ziyan dəyib.
Təhlükəsizlik kamerasına əks olunan görüntülərdə gecə saatlarına doğru şəhərin ən işlək küçələrindən birinin kənarına bomba düşdüyü görünür.
Əvvəlcə təyyarələrin səsi, daha sonra bombanın düşməsindən sonra yaranan böyük səs-küy küçə ətrafındakı binanın ciddi şəkildə zədələndiyi kameraya əks olunur.
Bomba düşdüyü anda küçədə olan avtomobillər bombanın hədəfi olmaqdan azacıq yayınıb.
Nuranə Məmmədova