Somali hökuməti Rusiya ilə razılaşma ilə bu ölkəyə olan 684 milyon dollar borcunun silindiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Rusiyanın St. Sankt-Peterburqda keçirilən Afrika-Rusiya Sammitində görüşən Somalinin maliyyə naziri Bihi İman Cige və Rusiya maliyyə nazirinin müavini Timur İqoreviç Maksimov Somalinin Rusiyaya olan 684 milyon dollarlıq borcunun silinməsi ilə bağlı müqavilə imzalayıb.
Razılaşma ilə bağlı mətbuata açıqlama verən Cige, “Bu, Somali üçün tarixi bir gündür. Borcların bağışlanması müqaviləsi gələcəyə diqqəti yönəltməyə və xalqımız üçün daha yaxşı bir gələcək qurmağa imkan verəcək”,-deyib.
Sazişlə Rusiya ilə Somali arasında əlaqələrin yaxşılaşacağını vurğulayan Cige iqtisadi əlaqələrin dərinləşəcəyinə diqqət çəkib.
Bir çox Afrika liderləri, Sankt-Peterburqda keçirilən ikinci Rusiya-Afrika Sammitində iştirak edib.
Sammitin məqsədi Rusiya ilə Afrika ölkələri arasında iqtisadi, elmi, texniki, sosial və mədəni əlaqələri gücləndirməkdir.
Nuranə Məmmədova