Qərb ölkələri taxıl və gübrə tədarükünə maneələr yaradır, riyakarlıqla qlobal ərzaq böhranında Rusiyanı günahlandırır. Elchi.az Lenta.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının prezidenti Vladimir Putin Rusiya-Afrika forumunun plenar iclasında çıxışı zamanı deyib.
O xatırladıb ki, Moskva taxıl sövdələşməsində onun xammalının dünya bazarlarına sərbəst çıxması şərti ilə iştirak etməyə razılaşıb. Beləliklə, Rusiya ehtiyacı olan ölkələrə dəstək verməyə ümid edirdi.
“Rusiyanın dünya bazarlarına taxıl və gübrə ixracının sanksiyalardan çıxarılması ilə bağlı sövdələşmənin heç bir şərti yerinə yetirilməyib. Ehtiyacı olan ən yoxsul ölkələrə mineral gübrələrin verilməsinə də maneələr qaldırılıb”, – deyə Putin bildirib.
Onun sözlərinə görə, Avropa limanlarında bloklanan 262 min ton gübrədən yalnız iki partiya göndərilib: “34 min tonu Keniyaya, 20 min tonu isə Malaviyə. Qalanı avropalıların əlindədir” -deyə prezident yekunlaşdırıb.
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Moskvanın taxıl sazişinə qayıtması indi mümkün deyil, çünki onunla bağlı öhdəliklər yerinə yetirilmir.
Havar Şəfiyeva