"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Rusiya qorxur ki, Bakı onu bölgədən birdəfəlik çıxarar

30 İyun 2021 - 12:31
in CƏMİYYƏT, SEÇMƏ, SEÇMƏ XƏBƏRLƏR, SİYASƏT, SİYASƏT MANŞET
FacebookVatsap

Elchi.az Milli Məclisin deputatı, BAXCP sədri Qüdrət Həsənquliyev Ovqat.com-a müsahibəsini təqdim edir:

Bunu da oxuyun

İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda iş vaxtını sərbəst seçmək mümkün olacaq

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

– Şuşa Bəyannaməsi imzalanmamışdan əvvəl NATO ölkələrinin liderlər sammiti keçirilirdi və Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan da həmin toplantıda iştirak edəndən sonra Azərbaycana gəlmişdi. Maraqlıdır ki, Şuşa Bəyannaməsi imzalandıqdan bir gün sonra ABŞ prezidenti rusiyalı həmkarı ilə görüşdü və sanki Ukrayna məsələsində Rusiyaya güzəştə getdi. Bu görüşü və NATO sammitini necə qiymətləndirirsiniz?

– Mən həmişə demişəm ki, Rusiya nüvə dövlətidir və çox böyük əraziyə malikdir; bir ucu qərbdə, bir ucu şərqdə, bir tərəfində günəş çıxanda digər tərəfində günəş batır. 17 milyon kv/km-dən çox ərazisi var. Dünyada ən çox – 6 mindən artıq nüvə başlığına sahib olan ölkədir. Nüvə gücünə görə ABŞ-dan belə qüdrətlidir. Həmin nüvə başlıqlarını hədəflərə çatdıracaq ballistik raketlərə, təyyarələrə, sualtı qayıqlara, gəmilərə malikdir. Ordusu müasir silahlarla təchiz olunub. Belə bir dövlətlə hərbi qarşıdurmaya getmək bəşəriyyət üçün çox qorxuludur. Ona görə də hesab edirəm ki, təkqütblü dünya alınmayacaq. Üstəlik, Çin faktoru da getdikcə daha aydın şəkildə ortaya çıxır. Çin iqtisadi və hərbi baxımdan baxımdan gücləndikcə, öz şərtlərini diktə etməyə başlayır.

Rusiya SSRİ-nin hüquqi varisi kimi dünyada qlobal məsələlərin müzakirəsi zamanı onun mövqeyinin öyrənilməsini və nəzərə alınmasını istəyir. Ona görə də bu cür nəhəng hərbi gücə sahib dövlətlərin mövqeyi nəzərə alınmalıdır. Onlarla hərbi qarşıdurmaya getməkdənsə, əməkdaşlıq edilməlidir. Dünyanın nəhəng dövlətlərinin tamamilə təcrid olunması, kənara atılması ağır nəticələr törədə bilər. Xatırlayırsınızsa, Rusiya Prezidenti Vladimir Putin Co Baydenlə görüşdən əvvəl Ukrayna ilə yaşanan münaqişənin səbəbləri barədə Rusiyanın mövqeyini bir daha açıqladı. Açığını deyim, Qərb Ukrayna məsələsində Ukraynanın maraqları baxımından ciddi taktiki səhvə yol verdi. Bəlkə də bu səhvlərə yol verilməsəydi, Ukraynadakı konfliktdən qaçmaq olardı və Ukrayna da ərazi bütövlüyünü qoruyardı. Qərb tələsməyib, əgər uzun illər ərzində iki slavyan xalqı düşmən etmək istəmirdisə, Rusiyanın da mövqeyini nəzərə almalıydı və o zaman indiki problemlər də yaşanmayacaqdı. O vaxt Yanukoviç həqiqətən də razılaşmışdı ki, 6 aydan sonra, payızda növbədənkənar seçkilər keçirsin və həmin seçkilərdə onun yenidən seçilməsi mümkünsüz məsələ idi. Rusiya da Yanukoviçin müttəfiqi kimi öz sifətini qoruyub saxlamaq istəyirdi. Amma Qərb dedi ki, Ukrayna suveren dövlətdir, xalq necə istəyirsə, o cür olmalıdır, əgər Yanukoviçi bu gün devirmək mümkündürsə, bu gün də qovmaq lazımdır. Qərb Maydandakı demokratik qüvvələrə imkanı olduğu halda heç bir təsir göstərmədi. İmkan vermədi ki, Ukraynadakı dəyişiklik sivil qaydada və qanun müstəvisində həyata keçirilsin. Onlar xalqın dəstəyini hiss etdilər və Yanukoviçin də müəyyən zəifliyindən istifadə edib onu devirdilər. Sonda indiki nəticələr baş verdi. Rusiya da sanki acığa əvvəl Krımı, sonra da Donbası işğal etdi. Onu demək istəyirəm ki, Qərb Rusiyanı nəzərə alıb, onunla daha hörmətlə davransaydı, əməkdaşlıq yolunu seçsəydi, nəticələr indiki kimi ağır olmazdı. Hesab edirəm ki, Bayden də artıq bunu başa düşür. Bilir ki, Rusiyanı tamamilə kənarda qoymaqla bu işi həll edə bilməz. Rusiya iqtisadiyyatının strateji sahələrinə ona görə sanksiyalar tətbiq olunmur ki, Moskvanın nəyisə bəhanə edib müharibəyə başlayacağından çəkinirlər. Bu müharibə isə artıq fəlakət deməkdir. Bu səbəbdən mən də hesab edirəm ki, Qərb Rusiya ilə dialoq yolunu seçməlidir, anlamalıdırlar ki, təkqütblü dünya olmayacaq. Əməkdaşlıq yolu ilə münasibətləri tənzimləməyə çalışmalıdır…

– Prinsipcə, Bayden də bu yolu seçdi. Avropaya gəldi, NATO üzvlərinin fikrini aldı və Putinlə danışıqlara getdi. Necə hesab edirsiniz, bundan sonra Rusiyanın mövqeyini dəyişdirmək, xüsusilə də Ukrayna və Krım məsələsində güzəştə getməyə həvəsləndirmək mümkün olacaqmı?

– Yox, inanmıram. Putin Rusiyaya rəhbərlik etdiyi müddətcə, Krıma fərqli yanaşma mümkün olmayacaq. Krımın Ukraynaya qaytarılması məsələsi zamanın hökmünə buraxılmalıdır. Hazırda Şərqi Ukraynada, yəni Donetskdə Ukraynanın ərazi bütövlüyünün təmin olunması, suverenliyinin tanınması, Rusiya ilə sərhədlərin müəyyənləşdirilməsi kimi məsələlər Normand dördlüyünün gündəmində dayanır. Mən eyni şəkildə Putinin hakimiyyəti dövründə Gürcüstan və Moldovanın da ərazi bütövlüyü məsələsinin həllini mümkünsüz görürəm. Əgər Azərbaycan Putinin dövründə Qarabağ üzərində suveren hüquqlarını bərpa edə bilsə, bu, çox böyük uğur olardı.

– Sizcə, bərpa edə biləcəyikmi? Nəzərə alsaq ki, beynəlxalq vəziyyət də bizim xeyrimizədir, beynəlxalq dəstəyimiz də var, bütün bu üstünlüklərimizin real nəticəyə çevrilməsi üçün daha hansı addımları atmalıyıq?

– Sözün doğrusu, mən hələ 44 günlük müharibədən əvvəl öz fikirlərimi deyib, bəzi təkliflər vermişdim. Demişdim ki, problemin həllini Rusiya ilə danışıqlarda və anlaşmada görürəm. Rusiya qorxur ki, Azərbaycan onu bölgədən, o cümlədən Azərbaycandan birdəfəlik çıxarar. Çünki burda Türkiyə faktoru da var və biz qardaş ölkələrik. Ona görə elə bir şərait yaradır ki, Azərbaycan istəsə də bunu edə bilməsin. Mən də bu amilləri nəzərə alıb təklif edirdim ki, biz Rusiya ilə uzunmüddətli saziş imzalayaq, məsələn, Qəbələdə, yaxud başqa bir yerdə onun öz hərbi bazasını yaratmasına razılıq verək, Rusiyanın liderliyi ilə yaradılmış regional təşkilatlara (Avrasiya İqtisadi İttifaqı, Gömrük İttifaqı, KTMT) üzv olaq. Amma bunun qarşılığında Rusiya imkan verməlidir ki, biz Dağlıq Qarabağda öz suveren hüquqlarımızı bərpa edək. Təəssüf ki, təklif etdiyim həmin variant baş tutmadı. Rusiya konfliktin qorunub saxlanılmasını daha məqbul saydı. Açığı mən bilmirəm, danışıqlarda mənim təkliflərim, ümumiyyətlə, müzakirə olunubmu, amma inanıram ki, Prezident İlham Əliyev bu mərhələdə mümkün olan ən yüksək nəticəni əldə edib. Siyasət də elə budur: mümkün olanı əldə etmək bacarığı. Mən bundan sonra da Rusiya ilə danışıqları davam etdirməyin tərəfdarıyam. Moskva ilə Bakı arasında elə bir etimadlı münasibət qurulmalıdır ki, Rusiya əmin olsun ki, o, Azərbaycana Dağlıq Qarabağ üzərində suveren hüquqlarını bərpa etməyə mane olmayacağı təqdirdə, bölgədə öz nüfuzunu qoruyub saxlayacaq. Azərbaycanla strateji müttəfiq, tərəfdaş olaraq qalacaq və Bakı xarici siyasətini müəyyənləşdirərkən indiyə qədər olduğu kimi, bundan sonra da qonşularının, o cümlədən Rusiyanın maraqlarını nəzərə alacaq. Məsələn, Türkiyə NATO-nun üzvüdür, Türkiyə qoşunlarının Azərbaycanda yerləşdirilməsi NATO qoşunlarının ölkəmizdə olması deməkdir. Qonşularımızın narahatlığını nəzərə alıb həmişə bəyan etmişik ki, heç bir ölkə bizim ərazimizdən qonşu ölkələrə qarşı istifadə edə bilməz. Rusiyanın ərazi bütövlüyümüzün bərpasına töhvə vermədiyini görüb KTMT-dən çıxıb Qoşulmayanlar Hərəkatına üzv olmuşuq. Amma bundan sonra rəsmi Bakı görsə ki, Rusiya Qarabağda hərbi iştirakını daimi saxlamaq üçün Azərbaycana həmin ərazidə öz suverenliyini bərpa etmək imkanı vermək istəmir, onda bizim NATO ilə daha sıx əməkdaşlıq qurmaqdan, Qərbə tam inteqrasiya olunmaqdan, Türkiyə hərbi bazalarını ölkəmizdə yerləşdirməkdən başqa seçimimiz qalmayacaq. Türkiyə ilə birlikdə Rusiyanı belə bir seçim qarşısında qoymalıyıq ya dostluq, ərazi bütövlüyünə və suverenliyə hörmət, ya da münasibətlərə yenidən nəzər salınması. O zaman , ümid edirəm birinci variant seçiləcəkdir. Rusiya, Türkiyə və Azərbaycanın həyati mənafeləri tələb edir ki, dostluq və əməkdaşlıq edək.

– Qüdrət bəy, Azərbaycanın cənub qonşusu İranda yeni seçkilər keçirildi və bəlkə də ən mühafizəkar namizəd ölkənin prezidenti oldu. İranın daha da mühafizəkarlaşması dünyaya və Azəbaycana hansı vədlər verir?

– Doğrusu, İranda keçirilən prezident seçkilərinin ölkənin xarici siyasətinə hansısa təsir göstərəcəyinə inanmıram. Çünki prezidentlər İranda dövlətin xarici və daxili siyasətinin müəyyənləşdirilməsində böyük rol oynamırlar. Orada dövlətin siyasətini ali dini lider müəyyənləşdirir ki, o da xalq tərəfindən birbaşa seçkilərlə seçilmir. Prezidentlər də dini rəhbərin müəyyənləşdirdiyi siyasətin icrası ilə məşğul olurlar. Ona görə də İbrahim Rəisinin edə biləcəyi çox az şey var. Xamenei istəməyəcəyi təqdirdə ABŞ-la, Qərblə münasibətlərdə hansısa bir dəyişiklik etmək mümkün deyil. 1979-cu ildən bəri İranda çoxlu Prezident dəyişib, ancaq bunun İranın xarici siyasət kursuna heç bir təsiri olmayıb. Müsahibələrimdə onu da dəfələrlə vurğulamışam ki, İranın xarici siyasəti daha çox Rusiya ilə sinxronlaşdırılır. O cümlədən Azərbaycana münasibətdə. Biz dövlət müstəqilliyimizi əldə etdiyimiz gündən indiyə qədər daim görmüşük ki, Azərbaycanla bağlı Rusiyanın mövqeyi nə olubsa, İran da eyni mövqeyi tutub. Hazırda Rusiyanın Azərbaycanla münasibətləri yüksək səviyyədə olduğundan İrandan hər hansı təhlükə görmürəm. Üstəlik, Şuşa Bəyənnaməsindən sonra İran Azərbaycana münasibətdə daha hörmətli siyasət yürütməli olacaq, hər bir İran rəsmisi artıq milli kimliyini dərk etməkdə olan və öz doğma torpaqlarında- Cənubi Azərbaycanda yaşayan 30 milyonluq Azərbaycan türklərini ciddi siyasi faktor kimi nəzərə alacaqdır. Bunlarla yanaşı bizi İranla ortaq tarixi keçmişimiz, dinimiz, mədəniyyətimiz, humanitar əlaqələrimiz birləşdirir. Biz həm də yaxın qonşuyuq. Ağıllı qonşular isə bir-biri ilə çəkişmir, dostluq və əməkdaşlıq edirlər. Şimal-Cənub dəhlizinin fəaliyyətə başlaması ilə Rusiya və İranın əsas kommunikasiya əlaqələri, xüsusilə dəmir yoluyla yüklərin daşınması Azərbaycan üzərindən baş tutacaq. Qeyd etdiyim səbəblərdən İbrahim Rəisinin prezident seçilməsi İranla Azərbaycan münasibətlərini pisə doğru dəyişdirməyəcək.

Previous Post

Rusiya qorxur ki, Bakı onu bölgədən birdəfəlik çıxarar

Next Post

Hamı çıxır: bu ölkədə tək Türkiyə qalacaq? – Ağar

Bənzər yazılar

İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilib

İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilib

21 İyul 2026 - 15:08

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts ilə təkbətək görüşü keçirilib. Bu barədə Elchi.az...

Azərbaycanda iş vaxtını sərbəst seçmək mümkün olacaq

Azərbaycanda iş vaxtını sərbəst seçmək mümkün olacaq

21 İyul 2026 - 14:45

Azərbaycan Respublikasının "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nda ölkəmizdə beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi...

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

21 İyul 2026 - 14:14

İyulun 21-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub. Bu...

Polad Həşimovun məzar daşındakı nöqsan aradan qaldırıldı – FOTOLAR

Polad Həşimovun məzar daşındakı nöqsan aradan qaldırıldı – FOTOLAR

21 İyul 2026 - 13:46

Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun məzar daşının üzərində nöqsan yaranıb. Elchi.az xəbər verir ki, bu barədə şəhidin anası Səmayə...

Next Post
Hamı çıxır: bu ölkədə tək Türkiyə qalacaq? – Ağar

Hamı çıxır: bu ölkədə tək Türkiyə qalacaq? - Ağar

Hamı çıxır: bu ölkədə tək Türkiyə qalacaq? – Ağar

Hamı çıxır: bu ölkədə tək Türkiyə qalacaq? - Ağar

Son xəbərlər

İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilib

İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilib

21 İyul 2026 - 15:08
“AliExpress” 550 milyon avro CƏRİMƏLƏNİB

“AliExpress” 550 milyon avro CƏRİMƏLƏNİB

21 İyul 2026 - 15:00
Azərbaycanda iş vaxtını sərbəst seçmək mümkün olacaq

Azərbaycanda iş vaxtını sərbəst seçmək mümkün olacaq

21 İyul 2026 - 14:45
Azərbaycanda ortaaylıq əməkhaqqı artıb

Azərbaycanda ortaaylıq əməkhaqqı artıb

21 İyul 2026 - 14:36
Ronaldu DÇ-2026 ilə bağlı qalmaqallı paylaşımı bəyəndi

Ronaldu DÇ-2026 ilə bağlı qalmaqallı paylaşımı bəyəndi

21 İyul 2026 - 14:28
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

21 İyul 2026 - 14:14
Tramp Kanadadan gələn müəyyən mallara 50%-lik gömrük rüsumları tətbiq etdi

Tramp Kanadadan gələn müəyyən mallara 50%-lik gömrük rüsumları tətbiq etdi

21 İyul 2026 - 14:00
Polad Həşimovun məzar daşındakı nöqsan aradan qaldırıldı – FOTOLAR

Polad Həşimovun məzar daşındakı nöqsan aradan qaldırıldı – FOTOLAR

21 İyul 2026 - 13:46
Məktəbli formaları pulsuz veriləcək?

Məktəbli formaları pulsuz veriləcək?

21 İyul 2026 - 13:30
Bakıda təcili tibbi yardımda motosikletlərdən istifadə olunacaq

Bakıda təcili tibbi yardımda motosikletlərdən istifadə olunacaq

21 İyul 2026 - 13:14
“Messi və Ronaldo ilə yerimi dəyişmək istərdim” – Tramp

“Messi və Ronaldo ilə yerimi dəyişmək istərdim” – Tramp

21 İyul 2026 - 13:00
“Qarabağ”ın iştirak ərizəsi – Heyətdə dəyişiklik var

“Qarabağ”ın iştirak ərizəsi – Heyətdə dəyişiklik var

21 İyul 2026 - 12:45
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

21 İyul 2026 - 12:26
“Könüllü DOST” proqramına 20 min müraciət olub

“Könüllü DOST” proqramına 20 min müraciət olub

21 İyul 2026 - 12:15
İyul ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaq

Sabahın hava proqnozu açıqlanıb

21 İyul 2026 - 12:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.