"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Hamı çıxır: bu ölkədə tək Türkiyə qalacaq? – Ağar

30 İyun 2021 - 12:37
in GÜNDƏM, MANŞET, SİYASƏT
FacebookVatsap

Türkiyənin Bahçeşehir Universitetinin müəllimi, terror və təhlükəsizlik məsələləri üzrə mütəxəssis Abdullah Ağarın Axar.az-a müsahibəsi

Bunu da oxuyun

Daşkənddə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib – FOTO

Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib

“Kənd təsərrüfatı sahəsində yüksək ixtisaslı kadrlara böyük ehtiyac var”-Qüdrət Həsənquliyev

– Abdullah bəy, Amerika niyə Əfqanıstandan çıxmaq qərarına gəldi?

– Amerikanın proseslərə geosiyasi yanaşmalarında bəzi fərqlər yaranıb. Bu dəyişikliklərə görə, ABŞ Əfqanıstandan çəkilir, ancaq buradan tamamilə çıxmır. Amerika İraqda olduğu kimi, Əfqanıstanda da illərlə davam edən, sonu görünməyən və nəticəsiz hərbi əməliyyatlardan sonra əsgərlərini buradan çıxarmaq qərarını verib. Amma bu, ABŞ-ın Əfqanıstandakı bütün hərbi, kəşfiyyat və diplomatik fəaliyyətlərini bitirdiyi anlamına gəlmir. Bəlkə növbəti mərhələdə Amerikanın əsgərlərini Əfqanıstanda görməyəcik, amma kəşfiyyat və diplomatiya fəaliyyətləri davam edəcək. Böyük ehtimalla Amerikanın B planı da mövcuddur. İraqda olduğu kimi, heyətinin əksəriyyəti keçmiş hərbçilərdən formalaşan “Blackwater” kimi güclü təhlükəsizlik şirkətlərinin xidmətlərindən istifadə etmək fikirləri ola bilər. Ancaq bu da təkbaşına yetərli deyil. Keçmişdə yaşanan acı təcrübələri və sözügedən şirkətlərin xalqın nəzərində mənfi reputasiyasını nəzərə alsaq, təhlükəsizlik şirkətinin məntiqi ilə buranı qorumağın mümkün olmadığını görərik. Belə bir kritik vəzifənin öhdəsindən yalnız nizamlı ordu gələ bilər. Digər tərəfdən təhlükəsizlik şirkətlərinin xidmətləri çox bahalıdır.

– Hazırda Türkiyənin mühafizə etdiyi Kabil hava limanının ABŞ və NATO üçün önəmi nədir?

– Əsas sual budur: “Amerika əsgərlərini Əfqanıstandan çıxartdıqdan sonra bir güc boşluğu ortaya çıxacaq. Bəs bu boşluğu kim dolduracaq?” Hazırda ABŞ-ın Kabildə diplomatik missiyası və bu missiyanın tərkibində fəaliyyət göstərən fərqli şöbələri, qolları var. Digər NATO dövlətlərinin də oxşar fəaliyyətləri mövcuddur. Əfqanıstan qeyri-sabit ölkədir və burada da 2012-ci ildə Liviyanın Benqazi şəhərində ABŞ səfirinin öldürülməsi ilə nəticələnən hadisəyə bənzər şeylər yaşana bilər. Hansısa bir fövqəladə vəziyyətdə yeganə çıxış yolu Kabil hava limanıdır. Bu səbəbdən hava limanının qorunması həyati əhəmiyyət kəsb edir. Amerika da bunun fərqindədir.

– Türkiyənin Əfqanıstanda varlığı Amerika və NATO üçün hansı əhəmiyyəti daşıyır?

– Ümumiyyətlə, Türkiyənin Əfqanıstan məsələsində qavramış olduğu siyasi strategiyanın adı “yaxşılıq”dır. Yəni Türkiyənin Əfqanıstanda heç bir silahlı qarşıdurmaya girmədən sabitliyin təmin edilməsi üçün gerçəkləşdirdiyi fəaliyyətləri, hadisələrə yanaşması, humanitar sahədə və cəmiyyətdə konsensusun təmin edilməsi istiqamətində apardığı işlər ölkəmizin NATO missiyası içərisində özəl bir yerə sahib olmasına yol açdı. Bütün bunlar Türkiyənin yerli xalq tərəfindən müsbət mənada qəbul edilməsinə və dəstəklənməsinə səbəb oldu. Əfqanıstanın qeyri-sabit olduğu vaxtlarda Türkiyənin oradakı varlığı digər NATO ölkələri və fərqli dinə mənsub digər ölkələr üçün təhlükəsizlik baxımından çox böyük əhəmiyyət kəsb edirdi. Hətta onlar Türkiyənin bayrağı altında Əfqanıstan küçələrində rahat dolaşa bilirdilər. Çünki bizim bayrağımız orada hər zaman qarşılıqlı güvən duyğusunu və yaxşılığı təmsil edib.

– Türkiyənin Əfqanıstanda hərbi varlığını davam etdirməsinin ABŞ-Türkiyə, NATO-Türkiyə münasibətlərinə müsbət təsiri ola bilərmi?

– Hadisələrin bu cür inkişafı yaxın gələcəkdə Amerika-Türkiyə münasibətlərini də yaxşılaşdıracaq. Çünki Amerika NATO müttəfiqi Türkiyə vasitəsi ilə Əfqanıstanda öz missiyasını davam etdirəcək. ABŞ özünün kobud səhvləri nəticəsində Türkiyəni itirmək təhlükəsi ilə qarşı-qarşıya qalıb. Rusiya, Çin və İran hazırkı durumda Türkiyəni öz tərəfinə çəkməyə çalışır. Digər tərəfdən hazırda NATO ilə Türkiyə arasında böyük bir gərginlik var. Gərginliyin azaldılması baxımından Kabil hava limanının Türkiyənin vasitəsilə işlədilməsinin əhəmiyyəti artıb.

– Sizcə, Türkiyə Əfqanıstan problemində həllin ünvanıdırmı?

– Məncə, mümkündür. Ancaq mövcud vəziyyətin və hadisələrin inkişaf istiqamətinin doğru oxunması çox önəmlidir. Əfqanıstan son dərəcə yoxsul, siyasi və sosial qarışıqlığın həddindən artıq çox olduğu çətin bir ölkədir. Taliban özü bir neçə yerə bölünüb. Taliban kimi Əl-Qaidə, İŞİD də burada mövcuddur. Gözümüzün önündə Orta Şərq örnəyi var. Bir çox sadalanan siyasi, sosial, etnik və dini problemlərin həlli üçün mübahisəli məsələlərin müzakirəsinə ehtiyac var. Yəni mübahisəli məsələlərdə, anlayış və düşüncələrdə ortaq məxrəc tapılmalı, konseptuallaşma olmalıdır. Ancaq Türkiyənin Əfqanıstanda varlığını istəməyən ölkələr də var və onlar artıq Türkiyənin Əfqanıstandakı varlığından narahatlıqlarını dilə gətirirlər. Çünki ortada Amerikanın getməsindən sonra yaranacaq bir güc boşluğu var. Bütün güclər ayrı-ayrılıqda bu boşluğu doldurmağa çalışırlar.

– Bütün bu proseslərin Türkiyəyə qazandıracağı fayda haqqında danışmağınızı istərdik…

– Əfqanıstan Avrasiyanın qəlbidir. Burda ən əsas məqam isə odur ki, tərəflər razılığa gələrsə, Türkiyənin Əfqanıstanda hərbi varlığı bütün Avrasiyaya öz təsirini göstərəcək. Türkiyə Əfqanıstanda yalnız mühafizə funksiyalı hərbi güc saxlamayacaq. Orada yaxın gələcəkdə xidmət edəcək hərbi birliklərimiz müxtəlif hərbi əməliyyatlar keçirmə və təxribatlara qarşılıq vermə qabiliyyətinə sahib olacaqlar. Türkiyə həm müsəlman, həm də bir sıra geosiyasi hədəfləri olan bir ölkə kimi təbii şəkildə orada mövcudiyyətini hansısa bir formada davam etdirmək istəyir. Bu yalnız Kabil hava limanı ilə məhdudlaşmır, Türkiyə Əfqanıstanın digər bir çox bölgəsində də fəaliyyətini davam etdirmək niyyətindədir. Türkiyənin Əfqanıstanda yaranacaq güc boşluğunu doldurması ölkəmizin geosiyasi imkanlarını artıracaq, Əfqanıstanın şimalında əvvəldən var olan təsir gücünü daha da möhkəmləndirəcək. İqtisadi və mədəni əlaqələr güclənəcək. Uzun müddətdir davam edən müharibə və böhran şəraitindən sonra, nəhayət, ölkədə sülhün və sabitliyin bərqərar olması üçün münbit şərait yaranacaq.

– Macarıstan və Pakistanın Türkiyə ilə birlikdə yaxın gələcəkdə Əfqanıstanda fəaliyyət göstərməsi mümkündürmü?

– Cənab Rəcəb Tayyib Ərdoğan NATO Zirvə görüşündə Əfqanıstanda Macarıstan və Pakistanla birgə fəaliyyətdən bəhs etdi. Əlbəttə, bu məsələlər hazırda müzakirə mərhələsindədir, dəqiq bir şey demək hələ ki, mümkün deyil. Yalnız Macarıstan və Pakistanla birgə fəaliyyət deyil, həm də Əfqanıstan xüsusi təyinatlılarının Qətərdə bir hərbi hissədə təlim keçməsi məsələsi də gündəmdədir.

Previous Post

Hamı çıxır: bu ölkədə tək Türkiyə qalacaq? – Ağar

Next Post

Azərbaycan neftinin qiyməti 76 dolları keçib

Bənzər yazılar

Daşkənddə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib – FOTO

Daşkənddə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib – FOTO

03 Noyabr 2026 - 19:28

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Respublikasının 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub. Elchi.az xəbər verir ki,...

Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib

Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib

03 Noyabr 2026 - 17:45

Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrik məktubunda deyilir: "Hörmətli xanım Prezident,...

“Kənd təsərrüfatı sahəsində yüksək ixtisaslı kadrlara böyük ehtiyac var”-Qüdrət Həsənquliyev

“Kənd təsərrüfatı sahəsində yüksək ixtisaslı kadrlara böyük ehtiyac var”-Qüdrət Həsənquliyev

03 Noyabr 2026 - 17:09

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində...

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM

03 Noyabr 2026 - 16:40

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı...

Next Post

Azərbaycan neftinin qiyməti 76 dolları keçib

Azərbaycan neftinin qiyməti 76 dolları keçib

Son xəbərlər

Tramp İranla bağlı qərarını müdafiə edir

Tramp İranla bağlı qərarını müdafiə edir

04 Noyabr 2026 - 10:16
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib – VİDEO

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib – VİDEO

04 Noyabr 2026 - 09:37
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

04 Noyabr 2026 - 09:25
Azərbaycan nefti 113 dollara ticarət olunur

Azərbaycan nefti 113 dollara ticarət olunur

04 Noyabr 2026 - 09:12
İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi

İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi

03 Noyabr 2026 - 23:25
Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər

Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər

03 Noyabr 2026 - 21:43
AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur

AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur

03 Noyabr 2026 - 21:38
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib

03 Noyabr 2026 - 21:36
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib

Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib

03 Noyabr 2026 - 21:35
“Yuventus” Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır

“Yuventus” Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır

03 Noyabr 2026 - 20:28
İsrailin Maliyyə Nazirliyi ABŞ-nin hərbi yardımı dayandırması barədə bildiriş almayıb

İsrailin Maliyyə Nazirliyi ABŞ-nin hərbi yardımı dayandırması barədə bildiriş almayıb

03 Noyabr 2026 - 20:26

Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib

03 Noyabr 2026 - 20:24
Daşkənddə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib – FOTO

Daşkənddə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib – FOTO

03 Noyabr 2026 - 19:28
Ötən ay Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 16 milyonu ötüb

Ötən ay Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 16 milyonu ötüb

03 Noyabr 2026 - 19:23
Messi mərhum futbolçu de Migelin ailəsinə başsağlığı verdi

Messi mərhum futbolçu de Migelin ailəsinə başsağlığı verdi

03 Noyabr 2026 - 19:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.