"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Rusiya Qarabağda özünü işğalçı dövlət kimi aparacaqsa, itirən daha çox Rusiya olacaq”

24 Aprel 2021 - 11:23
in MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

Tariximizin qəhrəmanlıq səhifəsi

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

Qüdrət Həsənquliyev: “Araik Arutunyan çox böyük ehtimalla başqalarının hərbi cinayətini öz üzərinə götürüb və həmin adamlar da indi onun Moskvaya səfərini təşkil edirlər”Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsin təqdim edirik. – Qüdrət bəy, ermənilərin 44 günlük savaş zamanı Gəncəyə ballistik raketlə zərbə endirməsi nəticəsindəonlarla günahsız insan həyatını itirdi və yaralandı. Hadisədən dərhal sonra Araik Aratunyan bəyan etdi ki, bu barədə əmri o verib. Hərbi cani kimi Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilmiş birisinin Moskvaya dəvət olunması hansı zərurətdən qaynaqlana bilər? – İnanmıram ki, onun sərəncamında ballistik raket olub. Çox böyük ehtimalla o başqalarının hərbi cinayətini öz üzərinə götürüb və həmin adamlar da indi onun Moskvaya səfərini təşkil edirlər. Təşkilatçılar, çox böyük ehtimalla, müharibə zamanı Rusiyanı müharibəyə qatmaq istəyən bəlli dairədi. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Moskvanı barış istəyən qüvvə kimi göstərmək üçün bir yandan tərəfləri sərt ritorikadan çəkinməyə çağırır, o biri tərəfdən Araik Moskvaya çağrılır. Bundan sonra kim onların səmimiyyətinə inanar? Rusiyada ümumdünya ermənilərinin təsiri altında olan və ölkənin siyasətinin müəyyənləşəsində iştirak edən müəyyən dairələr Rusiyanın beynəlxalq imicini daha da korlamaq və onun Azərbaycanla münasibətlərini gərginləşdirmək üçün əllərindən gələni edirlər. Bu, dünyadan Rusiyanın təcrid olunması siyasətinin davamına oxşayır. Çünki çox gözəl başa düşürlər ki, Azərbaycanla münasibətlərin gərginləşməsi Türkiyə ilə də münasibətlərə ciddi şəkildə mənfi təsir göstərəcək. Bununla həm də keçmiş sovet respublikalarının inteqrasiya siyasətinə zərbə vururlar. Sübut etməyə çalışırlar ki, kimsə özünü aldatmasın, siz bizə dost kimi baxa bilərsiniz, amma biz ruslar sizi və Sovet İttifaqında yaşamış digər xalqları öz təbələrimiz hesab edirik və sizlərlə istədiyimiz kimi davrana bilərik. Onlar bütün imkanları ilə Rusiya sülhməramlılarını işğalçı ordu kimi təqdim etməyə, Azərbaycanı bununla aşağılamağa və barışdırmağa çalışırlar. – Azərbaycan bu vəziyyətlə barışa bilərmi? – Bəzi məsələlərə aydınlıq gələnə qədər təmkin nümayiş etdirə bilərik, amma həmişəlik, bu heç vaxt baş verməyəcək. Rusiya Qarabağda özünü işğalçı dövlət kimi aparacaqsa, itirən daha çox Rusiya olacaq. Kiçik bir əraziyə görə Rusiyanın Azərbaycanı itirəcəyinə inanmaq istəmirəm. Zamanında erməniləri inandıra bilmədik ki, onların destruktiv mövqeyi yeni müharibəyə səbəb ola bilər. Onlar bizim dediklərimizi daxili auditoriyaya hesablanmış çıxışlar hesab edirdilər və ciddiyə almırdılar. İndi də Rusiyadakı bəlli dairələr eyni səhvi buraxır və bizim etirazları ciddi qəbul etmirlər. Biz onları inandırmalıyıq ki, yaxşı münasibətlər üçün Azərbaycanın suverenliyinə hörmət edilməlidir. Putinin ətrafındakı sağlam düşüncəli və Rusiyanın maraqlarından çıxış edən insanlarla daha intensiv işləməklə yanaşı, münasibətlərin korlanmaması üçün Rusiya Prezidentinə müraciət edilməlidir. Belə görünür ki, hazırda mövcud olan xoşagəlməz vəziyyəti yalnız o aradan qaldıra bilər. – Belə bir vəziyyətdə Azərbaycan Avrasiya İttifaqının zirvə toplantısına qatıla bilərmi və bu nə dərəcədə bizim xeyrimizə olar? – Mənim mövqeyim həmişə ondan ibarət olub ki, əgər Rusiya bizə Qarabağ üzərində suverenliyimizin bərpa olunmasına mane olmasa biz Rusiyanın liderliyi ilə yaradılmış bütün regional təşkilatlara üzv ola bilərik. O cümlədən Avrasiya İttifaqına. İndi də həmin mövqeyimdə qalıram. Belə bir dəvət varsa orda iştirak etməli, Rusiya ilə həm təklikdə, həm digərlərinin iştirakı ilə açıq söhbət edilməlidir. – Qüdrət bəy, Qarabağda baş verənlər Sizdə Rusiyanın ora buraxılmasının yalnış olması qənaəti yaratmır ki? – Qətiyyən. Əminəm ki, əks halda Rusiya işğal altındakı torpaqlarımızdan 1 kv. sm. də azad etməyə imkan verməyəcəkdi. 44 günlük savaşdan sonra Paşinyan bəyan etdi ki, onların səhvi bir qarış da olsa işğal altındakı torpağı Azərbaycana qaytarmamaq siyasəti olub. Problemin sülh yolu ilə həlli üçün Ermənistana heç kim təzyiq etmək istəmirdi. Lukaşenkonun açıqlaması və ermənilərin açıqladığı səs yazısı da təsdiq edir ki, müharibədən yayınmaq üçün Prezident İlham Əliyev Ermənistana hətta milyardlarla dollar pul təklif edib, amma bunun da xeyri olmayıb. Kiçik istisna ilə hamı, o cümlədən Minsk qrupu gözləyirdi ki, Azərbaycan bir gün məcbur olub Qarabağın müstəqilliyini tanıyacaq. Ona görə də işğal altındakı torpaqların 80 %-ni azad etmək üçün 20 %-nə rus qoşunlarının gəlməsinə icazə vermək yeganə çıxış yolu idi. Həm də Qarabağda erməni sakinlərin qalıb yaşaması üçün sülhməramlılara ehtiyac var idi.aşqa variantda, hətta nəzəri baxımdan olsa belə,Qərb bizə etnik təmizləmə siyasəti apardığımız üçün ciddi sanksiyalar tətbiq edəcək, Ermənistana hərbi yardım göstərəcəkdi. Bu zaman Qarabağın müstəqilliyini də tanıya bilərdilər. İlham Əliyev ən düzgün qərarı qəbul edib.

Previous Post

“Rusiya Qarabağda özünü işğalçı dövlət kimi aparacaqsa, itirən daha çox Rusiya olacaq”

Next Post

Ərdoğandan erməni patriarxa çağırış: Qarabağdan sonra…

Bənzər yazılar

Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

16 Sentyabr 2026 - 22:28

2027-ci ildə Azərbaycanda mənzil və kommunal təsərrüfatı xərclərinin 335 milyon manat olması nəzərdə tutulur. Elchi.az  bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir....

Tariximizin qəhrəmanlıq səhifəsi

Tariximizin qəhrəmanlıq səhifəsi

16 Sentyabr 2026 - 21:57

24 saat çəkən antiterror tədbirləri ordumuzun qüdrəti ilə yanaşı Prezident İlham Əliyevin prinsipial mövqeyi ilə yadda qaldı. Prezident müxtəlif çıxışlarında...

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

16 Sentyabr 2026 - 20:51

2027-ci ildə də Azərbaycanda ABŞ dollarının məzənnəsinin 1,7 manat səviyyəsində qalması proqnozlaşdırılır. Elchi.az  bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Xatırladaq ki,...

“Aİ-nin müdafiə xərcləri 5 ildə 80% artıb” – Leyen

“Aİ-nin müdafiə xərcləri 5 ildə 80% artıb” – Leyen

16 Sentyabr 2026 - 16:00

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Strasburqda Avropa Parlamentində çıxışı zamanı bildirib ki, son beş il ərzində Avropa İttifaqında...

Next Post

Ərdoğandan erməni patriarxa çağırış: Qarabağdan sonra...

Ərdoğandan erməni patriarxa çağırış: Qarabağdan sonra...

Son xəbərlər

İmişlidə zəlzələ olub

İmişlidə zəlzələ olub

16 Sentyabr 2026 - 23:57
Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var

Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var

16 Sentyabr 2026 - 23:56
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yeraltı təkanlar qeydə alınıb

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yeraltı təkanlar qeydə alınıb

16 Sentyabr 2026 - 23:54
İtmiş şəhərlərin axtarışında

İtmiş şəhərlərin axtarışında

16 Sentyabr 2026 - 22:53
Ölkəmizdə bu ərazilərdə işıq kəsiləcək

Ölkəmizdə bu ərazilərdə işıq kəsiləcək

16 Sentyabr 2026 - 22:40
Azərbaycan mədəniyyət xərclərini 2 % artırır

Azərbaycan mədəniyyət xərclərini 2 % artırır

16 Sentyabr 2026 - 22:31
Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

16 Sentyabr 2026 - 22:28
Gələn il Azərbaycanın dövlət borcunun 29 milyard manata yaxınlaşacağı gözlənilir

Gələn il Azərbaycanın dövlət borcunun 29 milyard manata yaxınlaşacağı gözlənilir

16 Sentyabr 2026 - 22:25
Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir

Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir

16 Sentyabr 2026 - 22:23
Tariximizin qəhrəmanlıq səhifəsi

Tariximizin qəhrəmanlıq səhifəsi

16 Sentyabr 2026 - 21:57
Qum fırtınası Türkiyədə zəncirvari qəzaya səbəb olub

Qum fırtınası Türkiyədə zəncirvari qəzaya səbəb olub

16 Sentyabr 2026 - 21:07
ÜST: Konqoda Ebola epidemiyasının başa çatmasına hələ çox var

ÜST: Konqoda Ebola epidemiyasının başa çatmasına hələ çox var

16 Sentyabr 2026 - 20:58
Azərbaycanda gələn il üçün inflyasiya proqnozu açıqlanıb

Azərbaycanda gələn il üçün inflyasiya proqnozu açıqlanıb

16 Sentyabr 2026 - 20:55
Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

16 Sentyabr 2026 - 20:51
Əli Nağıyev Qazaxıstana səfər edib

Əli Nağıyev Qazaxıstana səfər edib

16 Sentyabr 2026 - 20:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.