Rusiya Qəzzada girovların həlli və azad edilməsi üçün istənilən konstruktiv addımı dəstəkləməyə hazırdır. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
Peskov jurnalistlərlə söhbəti zamanı İsrail və Fələstinin HƏMAS hərəkatı arasında münaqişənin sülh yolu ilə həlli prosesini şərh edib.
“Biz girovların azad edilməsinə və yanğının dayandırılmasına səbəb olacaq istənilən hərəkəti dəstəkləməyə hazırıq. lakin eyni zamanda biz hesab edirik ki, təbii ki, hərəkətlər konstruktiv olmalıdır”, – deyə prezidentin mətbuat katibi bildirib. O vurğulayıb ki, nizamlanmaya dair təkliflər beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində problemin hərtərəfli həllinə yönəlməlidir.
Havar Şəfiyeva