Avropa Parlamentinin sədr müavini Barley Aİ-nin nüvə silahı proqramının yaradılmasını təklif edib.
Elchi.az xəbər verir ki, bunu “Tagesspiegel” nəşrinə müsahibəsində Avropa Parlamentinin sədr müavini Katarina Barli deyib.
Barley ABŞ-ın keçmiş prezidenti Donald Trampın NATO ölkələrinə hücumları təşviq etmək planları ilə bağlı son açıqlamalarını şərh edib. O vurğulayıb ki, NATO hazırda Avropada nüvə silahından çəkindirməyə cavabdehdir və alyans çərçivəsində bu sahədə öhdəlikləri yerinə yetirmək Birləşmiş Ştatların maraqlarına uyğundur.
Siyasətçi əlavə edib ki, Aİ-nin müdafiə sahəsində əsas vəzifələri ümumavropa hava hücumundan müdafiə sistemi “Sky Shield”in formalaşdırılması və silah alışı mexanizminin təkmilləşdirilməsi olmalıdır. Qeyd edək ki, o, həmçinin Aİ-nin Ukraynaya hərbi yardımda rolunu vurğulayıb.
Havar Şəfiyeva