Britaniya müdafiə nazirinin birinci müavini Ceyms Hippinin tükənmiş uran mərmilərinin Kiyevə təhvil verilməsi ilə bağlı bəyanatları Qərbin Ukrayna üçün təkcə anti-Rusiya hərbi poliqonu deyil, həm də radioaktiv “məzarlıq” rolunu hazırladığını göstərir. Elchi.az xəbər verir ki, bu barədə Rusiyanın Londondakı səfirliyi Telegram kanalında məlumat verib.
Rusiyanın Londondakı səfirliyi həmçinin xəbərdarlıq edib ki, Böyük Britaniya Ukraynada tükənmiş uran mərmilərinin istifadəsinin nəticələrinə görə məsuliyyətdən yayına bilməz.
Bundan əvvəl London Kiyevə uranı tükənmiş tanklar da daxil olmaqla, Challenger 2 tankları üçün minlərlə mərmi göndərmişdi. Eyni zamanda, Ceyms Hippi qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinə verilən tanklar və döyüş sursatları Ukrayna tərəfinin nəzarətindədir.
Havar Şəfiyeva