“NATO-nun Baş katibi olduğum son beş ildə ən böyük məyusluğum Rusiya ilə bağlı oldu”.
Elchi.az Unian.net-ə istinadən xəbər verir ki, bu açıqlama ilə NATO-nun eks-baş katibi Anreas Foq Rasmussen çıxış edib.
O, Qərb ölkələrinin Rusiyanın Ukrayna sərhədlərini dəyişmək istəməsini qəbul etməyəcəyini söyləyib:
“Kreml qanun pozuntuları seriyasını reallaşdırdı. Əvvəlcə Moldovada başladı və Gürcüstanda davam etdi. Ardınca isə bu sıraya Ukrayna qoşuldu. Mən “Rusiya problemi”nin tezliklə həll olunacağına inanmıram. Moskva ilə gələcək münasibətlər tam problemli olacaq. Münasibətlərin bu tərzdə olması isə NATO-nun Şərqi Avropada yüksək döyüş hazırlığı vəziyyətinin hələ uzun müddət saxlamasına səbəb olacaq”.