Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampdan bir neçə gün sonra, İran və Ukraynada müharibələrin davam etdiyi, qlobal güc münasibətlərinin və geosiyasi tarazlıqların dəyişdiyi bir vaxtda Çinə səfər edir.
Elchi.az xəbər verir ki, dünən gecə iki günlük səfər üçün Pekinə gələn Prezident Putin hava limanında Çin Xarici İşlər Naziri Vanq Yi tərəfindən qarşılanıb.
Bu səhər Rusiya lideri üçün Tiananmen Meydanında dövlət mərasimi keçiriləcək. Mərasimdən sonra Putin Çin Prezidenti Si Cinpin ilə təkbətək və nümayəndə heyəti səviyyəsində görüşlər keçirəcək və bu gün axşam ölkəsinə qayıdacaq.
Rusiya liderinin Trampın səfərindən bir neçə gün sonra Çinə səfər etməsi diqqətəlayiqdir. ABŞ Prezidenti 13-15 may tarixlərində Çinə rəsmi səfər edib.
8,5 ildən sonra ilk dəfə Çinə səfəri zamanı Trampı hava limanında Çinin vitse-prezidenti Han Çjen qarşılayıb. Dövlət mərasimi və rəsmi görüşlərdən başqa, Tramp Pekindəki tarixi Cənnət Məbədini ziyarət edib, onun şərəfinə verilən şam yeməyində iştirak edib və ölkəni tərk etməzdən əvvəl Si Cinpinlə çay içib.
Şayəstə





















