Rusiya Müdafiə Nazirliyi Ukraynadakı hərbi obyektlərin güclü hücuma məruz qaldığını, lakin Polşadakı obyektlərin hücumlarda hədəf alınmadığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bəzi pilotsuz uçuş aparatlarının (PUA) Polşanın hava məkanını pozduğuna dair iddialarla bağlı qiymətləndirmə edib.
Açıqlamada Rusiya ordusunun ötən gün Ukraynanın bəzi şəhərlərində, o cümlədən Lvovda hərbi obyektlərə intensiv hücumlar təşkil etdiyi və bu hücumlarda İHA istehsal mərkəzləri də daxil olmaqla bütün hədəflərin vurulduğu bildirilib.
“Polşa ilə məsləhətləşmələrə hazırıq”
Hücumlarda istifadə edilən və Polşa sərhədini keçdiyi iddia edilən İHA-ların maksimum 700 kilometr uçuş məsafəsinə sahib olduğuna diqqət çəkən açıqlamada, “Ukraynadakı obyektləri hədəf alan intensiv hücumlar çərçivəsində Polşa ərazisindəki heç bir obyekt hədəf alınmayıb” ,- deyilib. Bəyanatda həmçinin qeyd olunub ki, Rusiya insidentlə bağlı Polşa tərəfi ilə məsləhətləşməyə hazırdır.
Nuranə Məmmədova





















