Rusiya öz vətəndaşlarının Sudandan mümkün təxliyəsinə hazırlaşır

86

Sudanda daxili münaqişənin inkişafı səbəbindən bu iş davam edir.
Elchi.az xəbər verir ki, Rusiyanın Sudandakı səfirliyi nizami ordu ilə ölkənin xüsusi təyinatlıları arasında toqquşmaların baş verdiyi Xartumdan Rusiya vətəndaşlarının mümkün təxliyəsi üçün marşrutların hesablanması üzərində işini dayandırmır. Bu barədə TASS agentliyinə Rusiyanın səfiri Andrey Çernovol məlumat verib.
“Mümkün evakuasiya marşrutlarının hesablanması üzrə işlər dayanmır”, – Çernovol bildirib.
Diplomatın qeyd etdiyi kimi, Sudanda indiyədək vəziyyət sabit və gərgin olaraq qalır, lakin son 10-12 gün ərzində bu, dəyişməyib. Münaqişənin genişlənməsi müşahidə edilmir, Sudan ordusu ilə Çevik Hücum Qüvvələri arasında vaxtaşırı toqquşmalar baş verir, vaxtaşırı hava zərbələri endirilir.

Şayəstə Hüseynova