İsrailin 12 telekanalı iddia edir ki, Rusiya Suriyada İsrail əsgərlərinin qalıqlarının axtarışında İsrailə yardımı dayandırıb. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
Kanal qeyd edir ki, axtarış əməliyyatlarında yardımın dayandırılması İsrail və Ukrayna arasında əlaqələrin möhkəmlənməsi fonunda baş verib. Khamsin Season Telegram kanalının vurğuladığı kimi, öldürülən İsrail əsgərlərinin cəsədlərinin axtarışında əməkdaşlıq iki ölkə arasında diplomatiyanın sütunu olub.
Havar Şəfiyeva