Avropa Komissiyası Rəqəmsal Xidmətlər Haqqında Qanun (DSA) çərçivəsində ChatGPT-ni “çox böyük onlayn axtarış sistemi”, Reddit və Roblox-u isə “çox böyük onlayn platforma” kimi tanıyıb və bununla da hər üç servisə AI-də onlayn təhlükəsizliyin ən sərt tənzimləmə rejimini şamil edib.
Elchi.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Nəşr qeyd edir ki, bu qərar xüsusilə ChatGPT üçün böyük əhəmiyyət kəsb edir. Çünki Avropa Komissiyası real vaxt rejimində internetdən nəticələri toplayan süni intellekt çat-botunun tənzimləmə baxımından sadəcə platforma deyil, məhz axtarış sistemi olduğu qənaətinə gəlib.
Komissiya ChatGPT-ni DSA çərçivəsində onlayn axtarış sistemi tərifinə uyğun gələn “hibrid servis” kimi xarakterizə edib. Çünki o, istifadəçilərlə qarşılıqlı əlaqədə olur, onların sorğularını cavablandırır və həmçinin internetdə axtarış həyata keçirir.
Reddit və Roblox isə “çox böyük onlayn platforma” (VLOP) kimi tanınıb, çünki hər iki meydança istifadəçilərə ictimai şəkildə məzmun yaratmağa və yaymağa imkan verir.
Məryəm





















