ABŞ Prezidenti Donald Tramp İranı “uğursuz dövlət” adlandırıb və onun “öldüyünü” bəyan edərək, Tehranı ağır siyasi və iqtisadi böhranda ittiham edib.
Elchi.az xəbər verir ki, bu barədə o, özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
“İran rəsmən uğursuz dövlətdir. O ÖLÜB! Onların nə hərbi dəniz qüvvələri, nə hava qüvvələri, nə valyutaları var, nə də əsgərlərinə və polislərinə maaş verə bilirlər. İnflyasiya 300 faizə çatıb, ölkə rəhbərliyi isə tamamilə xaos içindədir və ölkəni düzgün təmsil etmək iqtidarında deyil. Onların sahib olduqları yeganə şey — ABŞ-dən yayılan saxta xəbərlər, etirazçıları öldürmək (hazırda 100 mindən çox insanın öldüyü bildirilir, onlar insanlığa qarşı müharibə cinayətlərinə görə mühakimə olunmalıdır!) və yaxşı bir cəfəngiyat danışmaq bacarığıdır”, — deyə o qeyd edib.
Məryəm





















