Rusiya müdafiə nazirinin Bakı səfəri Vaşinqtona mesaj idi

🗓 16.10.2014 09:31 ✍️ "Elçi" qəzeti
Rusiya müdafiə nazirinin Bakı səfəri Vaşinqtona mesaj idi
“Şoyqunun Bakı səfəri ilə bağlı mühüm əhəmiyyətli məxfilik yoxdur”.1413409080rof Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib. O, Rusiyanın Qafqazda hadisələrin eskalasiyasından narahat olduğunu bildirib: “Şoyqunun Bakı səfəri ilə bağlı mühüm əhəmiyyətli məxfilik yoxdur. Rusiya Qafqazda hadisələrin mümkün (və görünür ki, qaçılmaz) eskalasiyasından narahatdır. Buna görə də Rusiya Azərbaycanın mövqeyini başa düşməyə çalışır. Problem bir neçə il bundan öncə olduğu kimi, təkcə Qarabağda deyil. Problem Ukraynadakı qeyri-stabilliyin qonşu ölkələrə keçməsi, İŞİD tipində terrorçuları Qafqazın ünvanına təhdid törətməsidir.   Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmağa hazır deyilsə, o zaman bölgədə stabilliyin qorunması üçün hərbi-texniki inteqrasiya variantı nəzərdə tutulmalıdır. Baxın, Bakı üçün əsas siqnal bu idi. Şoyqunun səfəri də daha çox ABŞ üçün mesaj idi”.  

Bənzər yazılar