"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

`Rusiya Moskva müqaviləsini ləğv edə bilməz`- Müsahibə

08 Fevral 2016 - 17:42
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Ermənistandan gələn məhsullara rüsumu ləğv etdilər

Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

Rusiya Moskva müqaviləsini ləğv edərsə… Türkiyənin cavabı ağır olacaq

Rusiya Dövlət Dumasının deputatları 1921-ci ilin martın 16-da Türkiyə ilə Rusiya Sosialist Federativ Respublikası arasında imzalanan dostluq və qardaşlıq haqqında razılaşmanın ləğvi təşəbbüsü ilə çıxış ediblər. Maraqlıdır ki, bir müddət əvvəl bununla bağlı Rusiyada yaşayan ermənilər də təşəbbüs irəli sürmüşdülər.

Qeyd edək ki, 1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsi Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir. Müqavilənin şərtlərinə əsasən Naxçıvan Azərbaycanın himayəsi altında muxtar ərazi statusuna malikdir. Habelə Azərbaycanın Naxçıvanın himayəsini üçüncü dövlətə güzəştə getməməsi barədə maddə yer alır. Bu müqavilənin müddəalarının icrası üçün 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (müddətsiz) imzalanıb.

Tarixçi professor, millət vəkili Musa Qasımlı Moskva müqaviləsinin ləvği ilə bağlı AzVision.az-ın suallarını cavablandırıb:

– Musa müəllim, müqavilənin ləğv olunması ilə bağlı qaldırılan təşəbbüsü necə dəyərləndirirsiniz?

– Hesab edirəm ki, bu müraciət Türkiyəyə təzyiq məqsədi daşıyır. Suriyaya hərbi müdaxilə nəticəsində yaranmış “təyyarə böhranı”ndan sonra iki ölkə arasında münasibətlər normal axarından çıxaraq gərginləşib və bu hal davam edir, təhlükəli meyillər yaranır. Bu meylin güclənməsində Rusiya-Türkiyə münasibətlərini pozmaq istəyən müxtəlif dövlətlərin, mərkəzlərin və dairələrin qızışıdırıcılıq fəaliyyətlərinin təsiri böyükdür.

– Müqavilənin ləğvi mümkündürmü? Ləğv olunarsa, nəticələri nə olacaq?

-Əvvəlki dövrlərdə d’ iki ölkə arasında müəyyən böhranlar olub. Məsələn, ikinci dünya müharibəsinin sonlarında Stalin Türkiyəyə qarşı əsassız ərazi iddiaları irəli sürüb, hətta məxfi əməliyyat planı da işlənib hazırlanıb. Lakin o, bu zaman yaranmış ən gərgin vəziyyətdə 1921-ci il 16 mart tarixli Moskva müqaviləsini ləğv etməyə cürət etməyib. O zaman – 1945-ci ilin yazından Türkiyə antihitlerçi koalisiyanın üzvü olan ölkələrin cərgəsində olsa da, Türkiyə hələ Qərb ölkələrinin blokunda deyildi. Stalin yalnız 1925-ci ildə SSRİ və Türkiyə arasında imzalanmış hücum etməmək haqqında paktı ləğv edə bilib. Sonralar sovet rəhbəri N.Xruşşov iki ölkə arasında münasibətlərin pozulmasında Stalini təqsirləndirib.

İndiki şərait o dövrdəkindən mürəkkəb deyil. O zaman beynəlxalq şərait və iki ölkə arasında münasibətlər daha gərgin idi. İndi Rusiyada Lenini, Türkiyədə isə Atatürkü tənqid edənlərin olmasına baxmayaraq, Moskva müqaviləsinin ləğv edilməsinin perspektivini görmürəm. Çünki rus və türk xalqları bir-birinə çox yaxındırlar. Lakin Qərbdə bəzi dairələrin rus-türk düşmənçiliyi və hətta müharibəsi törətməyə çalışdıqları bir zamanda hər şey liderlərin davranışlarından asılı olacaq. Ancaq Rusiya tərəfdən hələ də qisasçılıq hisslərinin tezliklə keçib gedəcəyi perspektivi dumanlı görünür.

Məlum olduğu kimi, Moskva müqaviləsi 1921-ci il martın 16-da RSFSR ilə Türkiyə arasında 16 madədəədən və 3 əlavədən ibarət olmaqla müddətsiz imzalanıb. Bu müqavilədə tərəflər əvvəllər imzalanmış bütün qeyri-bərabər hüquqlu müqavilələri, yəni həm çar Rusiyası və Osmanlı dövləti arasındakı müqavilələri, həm Osmanlı dövləti və Antanta ölkələri arasında imzalanmış Sevr müqaviləsini, həm də Türkiyə və Ermənistanı arasında imzalanmış Aleksandropol (Gümrü) sülh müqavilələriniləğv edirdilər, ərazi-sərhəd məsələlərini tənzimləyirdilər.

Müqavilənin üçüncü maddəsinə görə, tərəflər razılaşırdılar ki, Naxçıvan vilayəti müqaviləyə 1-ci əlavənin C bölməsində göstərilmiş sərhədlərdə Azərəbaycanın himayəsi altında muxtar ərazi təşkil edir, bu şərtlə, Azərbaycan bu protektoratı hər hansı bir üçüncü dövlətə güzəştə getməyəcəkdir. Şərqdə Arazın səth relyefinin aşağı yerini, qərbdə isə Dəhnə dağları (3829) Vəlidağ (4121) – Bağarsıq (6787) – Gömürlü dağdan (6930) keçən xətdə Naxçıvan ərazisi zonasında yaaradılan üçbucaq Gömürlü dağdan (6930) başlayan, Seyranbulaq dağlarından (8071) – Ararat stansiyasından keçən və Qarasuyun Araz ilə qovuşduğu yerdə başa çatan göstərilən ərazinin sərhəd xətti Türkiyə, Azərbaycan və Ermənistan nümayəndələrindən ibarət komissiya tərəfindən düzəldiləcəkdir.

RSFSR Mərkəzi İcraiyyə Komitəsi iyulun 20-də, TBMM isə iyulun 31-də müqaviləni təsdiq ediblər. Ratifikasiya sənədləri Kars konfransı ərəfəsində, 1921-ci il sentyabrın 22-də bu şəhərdə mübadilə edilib.

Moskva müqaviləsinin maddələri əsasında 1921-ci il oktyabrın 13-də Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə arasında RSFSR-in iştirakı ilə 20 maddədən və 3 əlavədən ibarət olan müddətsiz Kars müqaviləsi imzalanıb. Türkiyə ilə bu respublikalar arasında ərazi-sərhəd məsələləri tənzimlənib, bütün əvvəlki müqavilələrdən, yəni Aleksandropol (Gümrü) sülh müqaviləsindən də imtina edilib. Bu müqaviləni 1922-ci il martın 3-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi, martın 16-da isə Ümumrusiya Fəhlə, Kəndli, Qırmızı ordu və Kazak deputatları soveti Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyəti (protokol №21), martın 16-da Türkiyə Böyük Millət Məclisi, martın 20-də Ermənistan Mərkəzi İcraiyyə Komitəsi, iyunun 14-də isə Gürcüstan Mərkəzi İcraiyyə Komitəsi təsdiq ediblər.

Kars müqaviləsinin beşinci maddəsinə görə, Türkiyə hökuməti, sovet Ermənistanı və sovet Azərbaycanı hökumətləri razılaşırdılar ki, Naxçıvan vilayəti hazırkı müqavilənin III əlavəsində göstərildiyi sərhədlərlə Azərbaycanın protektoratlığı altında muxtar ərazi təşkil edir.

Həm Moskva, həm də Kars müqaviləsində “təminatçı” ifadəsi yoxdur. Naxçıvan Azərbaycan torpağıdır və onun mənsubluğu indi və bundan sonra da heç bir zaman müzakirə obyekti deyildir.

O zaman Moskva müqaviləsi imzalanan vaxtlarda Rusiya xalq xarici işlər komissarı G.Çiçerin Rusiya Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosuna yazdığı məktublarında vurğulayırdı ki, müqaviləni imzalamağa türkləri çətinliklər razı sala bilmişik.

Eyni fikirləri Karsda Rusiya nümayəndəsi Y.Qanetski də Xalq Xarici İşlər Komissarlığına yazmışdı.

Kars müqaviləsinin ləğvi təkcə Rusiya və Ermənistandan asılı olan məsələ, təktərəfli və hətta ikitərəfli proses deyildir. Müqavilənin ləğvinə gərək Türkiyə, Azərbaycan və Gürcüstan da razı olsunlar.

Müqavilələrin ləğvinin Rusiya və Ermənistan üçün çox acı nəticələri olar. Qeyd etdiyim kimi, Kars müqaviləsinə görə, tərəflər bütün əvvəlki müqavilələrdən, yəni 1920-ci il dekabrın 2-də imzalanmış Aleksandropol (Gümrü) sülh müqaviləsindən imtina edirdilər. Aleksandropol müqaviləsinə görə isə Türkiyə və Ermənistan aralarında mövcud olan müharibəni bitmiş hesab edirdilər və daimi sülh üçün danışıqlara başlayırdılar. İmperialist dövlətlərinin ictimai sakitliyi pozmaq üçün törətdikləri qızışdırıcılıq hərəkətlərinin qarşısını almaq üçün İrəvan Respublikasına daxili qayda-qanunu qorumaq üçün yüngül silahlanmış polis, dövlət sərhədini qorumaq üçün 20 pulemyot, 8 dağ və ya səhra silahı ilə silahlanmış 1500 nəfərlik muzdlu hərbi qüvvəyə saxlamağa icazə verilirdi. Ermənistan heç bir ordu saxlamayacağı təəhhüdünü öz üzərinə götürürdü və hərbi mükəlləfiyyət keçirə bilməzdi. Yuxarıda göstərilənlərə nəzarət etmək üçün Türkiyənin siyasi nümayəndəsi İrəvanda yaşamalı idi. Ermənistan ərazisindən Türkiyə üçün təhlükə olardısa o, Ermənistana qoşun yeridə bilərdi. Tərəflər mədəni ölkələrdə olduğu kimi azlıqların bütün haqlarından istifadə etmələri, insanların öz doğma yerlərinə qayıtmaları barədə öhdəlik götürürdülər. Ermənistan hökuməti öz ərazisində yaşayan müsəlman əhalinin mədəni və dini inkişafı üçün şərait yaratmalı idivə s.

Kars müqaviləsi ləğv edilərsə, onda gərək Türkiyə ordusu təzədən gəlib Gümrüdə otura, həmin ərazilər Türkiyəyə keçə və o zaman təsdiq edilməmiş Aleksandropol sülh müqaviləsinin şərtləri müzakirə edilə, Batum Gürcüstandan alınıb yenidən Türkiyəyə qaytarıla bilər. Deməli, müqavilənin ləğvindən Rusiya və Ermənistan itirər.

Digər tərəfdən, Rusiya həm də türk ölkəsidir. Burada 30 milyon türk yaşayır. Müharibə Rusiyada daxili milli ziddiyyətləri dərinləşdirər və ölkənın parçalanmasına gətirər. Türkiyədə təqribən 50 min nəfərə qədər rus qadını ailə həyatı qurub.

Hesab edirəm ki, rus-türk münasibətlərinin kökləri dərindir. Əgər böyük maraqlar əsas götürülərsə, “təyyarə böhranı” onun təməllərini sarsıtmamalıdır. Yox, subyektiv amillər üstün gələrsə, onda hər şey mümkündür. Lakin o da uzun ömürlü ola bilməz. Sadəcə “təyyarə böhranı”ndan sonra iki ölkə arasında ehtiyatlılıq və soyuqluq başlanıb. Bu isə diplomatiyada bütün münasibətləri kökündən qırıb atmaq anlamına gəlməz. Ayrı-ayrı şəxslərin baxışları dövlətlərarası münasibətlərə təsir etsə də, ölkələrin maraqları hər şeydən üstündür. Ona görə də həm Kars müqaviləsinin, həm də Moskva müqaviləsinin ləğvi real görünümr. Rusiyada müəyyən dairələr və Ermənistan bu məsələni ortaya atmaqla münasibətləri qızışdırmaqda davam edəcəklər. Rus-türk münasibətlərinin gərgin olması Qərb ölkələrinə və Ermənistana sərf edir. Bundan Rusiya da, Türkiyə də heç bir şey udmur.

– Müqaviləyə xitam verilməsi ermənilərin Naxçıvana iddia etməsinə səbəb ola bilərmi?

– Ermənistanın Kars müqaviləsinə qarşı çıxması heç nəyi dəyişməyib və dəyişmir. Rusiyanın xahişləri ilə imzalanmış Kars müqaviləsinin Ermənistan tərəfindən hətta mümkün olarsa, kağız üzərində ləğvi “Rusiyanın ənənəsi olmayan dövlət” imicini yaradar və digər heç bir ölkənin ona inamı və etibarı qalmaz. Bu hal Ermənistanın Türkiyəyə müharibə elan etməsi anlamına gələr. Bundan da uduzan Ermənistan olar. Naxçıvana ermənilər Moskva və Kars müqavilələri imzalandıqdan sonrakı illərdə də iddia ediblər. Lakin heç bir nəticəsi olmayıb. Belə olduqda Ermənistan qarşısında Azərbaycanı da görər. Ermənistan Naxçıvana dair əsassız iddialarını təbliğ etməklə Azərbaycanın Dağlıq Qarabağ regionunu və digər ərazilərini işğal etdiyi faktını unutdurmağa, “oldu-bitdi” yaratmağa və ermənilərin ruhunu yüksəltməyə çalışır.

– Müqavilə ləğv olunarsa, Türkiyə hansı addımı ata bilər?

– Rusiya ənənəsi olan bir dövlətdir. Moskvanın müqavilələri ləğv etməklə bağlı qərarları qəbul edəcəyi real görünmür. Bu, sadəcə, təzyiqdir və müqaviməti sınamaq məqsədi daşıyır. Azərbaycan Rusiya və Türkiyə münasibətlərində etibarlı bir körpüdür. Fikrimcə, Azərbaycan həmişəki kimi, rus-türk münasibətlərdəki gərginliyi zəiflətməkdə rol oynaya bilər.

Previous Post

`Rusiya Moskva müqaviləsini ləğv edə bilməz`- Müsahibə

Next Post

Azərbaycanlı nazirin fonundan Qarabağı sildilər (YENİLƏNİB, FOTO)

Bənzər yazılar

Ermənistandan gələn məhsullara rüsumu ləğv etdilər

Ermənistandan gələn məhsullara rüsumu ləğv etdilər

04 Sentyabr 2026 - 15:42

Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsi (INTA) Ermənistandan Avropa İttifaqına idxal olunan geniş çeşiddə məhsullara gömrük rüsumlarının müvəqqəti ləğv edilməsini təsdiqləyib....

Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir

Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir

04 Sentyabr 2026 - 14:16

Azərbaycana gətirilən nəqliyyat vasitələri üzərində gömrük nəzarəti və rəsmiləşdirilmənin güzəştli, sadələşdirilmiş qaydası müəyyənləşib. Elchi.az Trend-ə istinadla xəbər verir ki, bununla...

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

03 Sentyabr 2026 - 21:12

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub. Bu barədə Elchi.az a Dövlət İmtahan Mərkəzindən məlumat verilib....

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

03 Sentyabr 2026 - 20:59

ABŞ-nin Florida ştatının Hillsboro qraflığında kiçik "Lancair Evolution" təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb. Elchi.az  "Fox 29"a istinadən xəbər...

Next Post

Azərbaycanlı nazirin fonundan Qarabağı sildilər (YENİLƏNİB, FOTO)

Azərbaycanlı nazirin fonundan Qarabağı sildilər (YENİLƏNİB, FOTO)

Son xəbərlər

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

04 Sentyabr 2026 - 21:55
ABŞ Uitkoffla Kuşnerin səfəri müddətində Ukrayna və Rusiyanı qarşılıqlı zərbələri dayandırmağa çağırıb

ABŞ Uitkoffla Kuşnerin səfəri müddətində Ukrayna və Rusiyanı qarşılıqlı zərbələri dayandırmağa çağırıb

04 Sentyabr 2026 - 21:53
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 21:09
MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05
Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

04 Sentyabr 2026 - 21:03
Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

04 Sentyabr 2026 - 20:59
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb

Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb

04 Sentyabr 2026 - 19:26
Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 19:12
Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

04 Sentyabr 2026 - 18:53
Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

Yaşıllıqlara 200 min manat ziyan vuruldu

04 Sentyabr 2026 - 18:45
Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

04 Sentyabr 2026 - 18:36
Nepaldakı daşqın qurbanlarının sayı təxminən 1,3 min nəfərə çatıb

Nepaldakı daşqın qurbanlarının sayı təxminən 1,3 min nəfərə çatıb

04 Sentyabr 2026 - 18:22
Bakı metrosunda ötən ay 18 milyondan çox səfər qeydə alınıb

Bakıda yeni metro stansiyanın adı “20 Sentyabr” olacaq

04 Sentyabr 2026 - 18:14
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

04 Sentyabr 2026 - 17:59
Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

04 Sentyabr 2026 - 17:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.