Rusiya Mərkəzi Bankı çirkli pulların yuyulmasının yeni sxemini açıqlayıb. Bu dəfə saxtakarlar öz məqsədləri üçün investisiya sikkələrindən istifadə ediblər.
Elchi.az-ın Vesti.ru-ya istinadən məlumatına görə, prosedur aşağıdakı kimi olub.
Təşkilat guya iş və ya xidmət üçün qondarma şirkətə müəyyən məbləğdə pul köçürüb. Bundan sonra vəsait investisiya sikkələrinin ödənilməsi üçün qiymətli metalların alqı-satqısını həyata keçirən başqa bir şirkətin hesabına daxil olub.
Bir sıra satışlar təkrar izlənib. Nəticədə saxtakarlar bankdakı sikkələri satıb, əldə etdikləri vəsaiti nağdlaşdırıblar.
Məsləhətçilər qeyd edirlər ki, hər bir belə əməliyyatın ölçüsü adətən 10 milyon rublu keçib.
Yeganə