Rusiyanın Ukraynanın Kiyev vilayətinə ballistik raketlərlə zərbələri nəticəsində 10 nəfər həlak olub, təxminən 100 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna Baş prokuroru Ruslan Kravçenko məlumat verib.
“Rusiya növbəti dəfə Kiyev bölgəsinə raket zərbəsi endirib. 10 nəfər həlak olub, təxminən 100 nəfər müxtəlif dərəcəli ağırlıq dərəcələrində yaralanıb. Məlumatlar yenilənir”, – o bildirib.





















