Banqladeş Prezidenti Məhəmməd Şahabuddin səhhətindəki ciddi problemləri əsas gətirərək istefa verdiyini elan edib.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters” məlumat verir.
2023-cü ilin aprelindən ölkəyə rəhbərlik edən 76 yaşlı Şahabuddin özündə avtonom neyropatiya xəstəliyinin aşkarlandığını və bu səbəbdən vaxtaşırı huşunu itirdiyini bildirib.
Banqladeş qanunvericiliyinə əsasən, yeni prezident seçilənədək onun səlahiyyətlərini milli parlamentin spikeri icra edəcək.
Şahabuddin 2024-cü ildə kütləvi etirazlar fonunda ölkəni tərk etmiş keçmiş baş nazir Şeyx Həsinanın uzunmüddətli tərəfdaşı hesab olunurdu. Onun istefası “Avami Liq” partiyasının artıq ali dövlət hakimiyyəti orqanlarında təmsil olunmaması deməkdir.
Məryəm





















