"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Rusiya Ermənistana Gürcüstandan quru yolu açır – təhlükə

10 Avqust 2015 - 09:05
in XƏBƏR LENTİ
FacebookVatsap

Rusiya Ermənistana Gürcüstandan quru yolu açır – təhlükə

Bunu da oxuyun

Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

Azərbaycana və Türkiyəyə qarşı hiylə planı; Moskva ot basmış Abxaziya dəmiryolunu işə salmaq üçün boşuna hərəkətə keçməyib; işğalçı ölkənin blokadasını götürmək üçün Ankara ilə ortaq və əlverişli fürsəti qaçıran Kreml bölgəyə nəzarət uğrunda yeni ssenari axtarışındadır; Rusiya böyük müharibəyə hazırlaşır?..

Qərb ötən həftəsonu Rusiyaya qarşı sanksiyaları genişləndirdi. Getdikcə daha sürətlə küncə sıxılan şimal qonşumuz isə buna effektli cavab üsulları axtarmaqdadır. Rusiya ilk növbədə öz perimetri boyu hərbi-siyasi mövcudluğunu gücləndirməklə əsla zəifləmədiyini, əksinə, yeni-yeni ərazilər tuta biləcəyini göstərməklə həm daxili narazılığı səngitməyə, həm də dünyanı xofda saxlamağa və Qərbin onunla hesablaşmasına çalışır.

 
Sözsüz ki, Kremlin xüsusi diqqət ayırdığı əsas coğrafiya NATO ərazisi sayılmayan “Yaxın xaric” ölkələridir. Moskva burada Qərbə qarşı özünü daha komfortlu hiss edir, çünki Qərbin, NATO-nun əli obyektiv səbəblərdən bu məkana hələ çatmır. Odur ki, Rusiya belə bir perspektivin olmaması üçün ön hazırlıqları gücləndirməkdədir. Güney Qafqaz, onun iki müstəqil ölkəsi – Gürcüstan və Azərbaycan belə hazırlıq ssenarilərində, təbii ki, ilk sıralarda gəlir.

Bu arada kifayət qədər mötəbər mənbələr rus əsgərlərinin İrəvana quru yolunun açılması üçün hərəkətə keçdiyi haqda məlumat yayıb. Söhbət 20 ildən çoxdur işlək vəziyyətdə olmayan və ot basmış, Ermənistanla Rusiyanı birləşdirən Abxaziya dəmiryolundan gedir.
Xəbərə görə, Rusiyanın işğalçı qüvvələrinin 800-ə yaxın hərbçisi artıq Abxaziya dəmiryollarının təmizliyinə başlayıblar.  Bu barədə mətbuata separatçı qurumun nümayəndəsi İqor Marqaniya söyləyib. Onun sözlərinə görə, dəmiryolları Abxaziyadan tranzit keçidlərin yenidən bərpası üçün hazırlanır. Abxaziya Nəqliyyat İdarəsinin rəisi Zurab Xacimba isə bildirib ki, yolu kapital təmir məqsədi ilə, “Abxaziyadan tranzit yolunun bərpası üçün” təmizləyirlər.
*     *     *     *     *
 
Qeyd edək ki, bir neçə il öncə Gürcüstan mətbuatı ölkənin keçmiş Baş naziri Bidzina İvanişvilinin Moskva ilə Abxaziyadan keçən dəmiryolunun açılması üçün gizli danışıqlar apardığı haqqında xəbər yaymışdı. Lakin az sonra, həmçinin, rəsmi Bakının təzyiqi ilə Tiflis məlumatı təkzib etdi və plandan vaz keçdi.
Bu ilin əvvəlində isə prezident Vladimir Putin Moskva-Suxumi-Tiflis-İrəvan dəmiryolunun bərpasının vacib olduğunu bildirmişdi. Gürcü ekspertlər isə Abxaziya dəmiryolu ilə bağlı Tiflislə Moskva arasında gizli anlaşmanın ola biləcəyini mümkün sayırlar.

“Bu – Gürcüstan siyasətinin Rusiyaya münasibətdə ən pis nəticəsidir. Ruslar bizim hökumətin icazəsi-filanı olmadan qatarları ərazimizdən keçirmək niyyətindədirlər. Buna gizli razılığın verilməsinə təəccüblənməyə də dəymir” – qeyd edib ekspertlərdən biri. Başqa bir gürcü ekspert isə Kremlin dəmiryolu ilə bağlı hərəkətliliyini Qafqazda növbəti güc nümayişi kimi qiymətləndirib.
Maraqlıdır ki, Abxaziya dəmiryolunun sürətli bərpası ilk  dəfə 2008-ci ilin avqust müharibəsi ərəfəsinə təsadüf edib, o zaman yoldan ağır texnikanın çatdırılması üçün istifadə edilib. İndi də “5 günlük müharibə”nin 7-ci ildönümü ərəfəsində analoji “təmizlik” aparılmasına start verilib. Təsadüfmü?
 
Yəqin ki, yox. Belə təəssürat yaranır ki, Rusiya Gürcüstan ərazisində (təkcə Gürcüstanmı?) nə istəyir, onu da edir. Necə ki, az öncə Bakı-Supsa neft kəmərinin bir hissəsini işğalçı rus əsgərləri nəzarətə götürmüş, bununla da Kreml Tiflisə, Bakıya, Qərbə qarşı əlində yeni şantaj rıçaqının olduğunu nümayiş etdirmişdi.

*     *     *     *     *
Beynəlxalq hüququ, ölkələrin ərazi bütövlüyü prinsipini tanımayan Moskvanın Tiflisə qarşı təhdid-şantaj siyasəti və təzyiqləri, deyəsən, nəticə verməkdədir. Bu xüsusda diqqət çəkən məqamlardan biri də budur ki, Abxaziya dəmiryolunun açılacağı barədə xəbərlərlə təxminən eyni vaxtda Gürcüstan baş naziri İrakli Qaribaşvili bəyan edib ki, onun ölkəsi Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşulmayacaq.
“Biz sanksiyalara qoşulmaq niyyətində deyilik. Bundan ötrü çoxlu səbəb var. Biz Gürcüstanla Rusiya arasında mövcud əlaqələrə çox həssas yanaşırıq. Mən ticarət əlaqələrinin bərpasını nəzərdə tuturam” – jurnalistlərlə söhbətində Qaribaşvili deyib.
 
“Bilirsiniz ki, illər öncə məhz Saakaşvilinin düşünülməmiş siyasəti nəticəsində hər hansı dialoq pozulub və bizim məhsullarımıza embarqo qoyulub. Biz özümüzün konstruktiv və praqmatik siyasətimiz sayəsində, dinc danışıqlarla bu bazarı yenidən qaytara bildik. Və biz buna önəm veririk”, – deyə baş nazir ardınca əlavə edib.
Belə bir bəyanat dəmiryolunun açılması ilə bağlı gizli sövdələşmənin mövcudluğu yönündə səslənən iddiaları gücləndirir.
*     *     *     *     * 
Sözügedən dəmiryolunun əhəmiyyətinə gəlincə, şübhəsiz, bu, ən əvvəl satellit Ermənistanla Rusiya arasında quru əlaqələrini genişləndirəcək və daha etibarlı edəcək, işğalçının blokadasını zəiflədəcək. Eyni zamanda Rusiyanın Ermənistanda hərbi cəhətdən güclənməsinə və möhkəmlənməsinə gətirəcək, Gümrü hərbi bazasının daha da modernləşdirməsini təmin eləmiş olacaq.
Nəticədə İrəvan Qarabağ danışıqlarında bir az da güzəştsiz mövqe tutacaq və problemin həlli uzanacaq, demək, Azərbaycan və Ermənistana Moskvanın nəzarət imkanlarının ömrü də uzanacaq. Rusiya, üstəlik, NATO üzvü Türkiyənin sərhədləri yaxınlığında fors-major vəziyyətlər üçün strateji üstünlük əldə edəcək, son vaxtlar “ipə-sapa yatmayan” və təzədən Qərbə (ABŞ-a) meyillənmədkə olan Ankaraya qarşı yeni təhdid faktoru ortaya çıxmış olacaq…
*     *     *     *     *
 
 
Təsadüfi deyil ki, Gürcüstanda “5 günlük müharibə”nin 7-ci ildönümü ilə bağlı Rusiya baş naziri (o vaxt prezident idi) Dmitri Medvedyevin açıqlamasından bir daha qənaət hasil olur ki, Moskva postsovet məkanında istənilən ərazini Rusiyaya qatmağa normal baxır və az qala bunu halal haqqı sayır. Elə isə o zaman kim qarantiya verə bilər ki, Abxaziaya, Cənubi Osetiya və Krımın ardınca şimal qonşumuz keçmiş SSRİ respublikalarından başqa birisinin ayrılmaz parçasını da özünə zorla birləşdirməyəcək, yaxud forpost Ermənistana quru yolu açmaq üçün Gürcüstanın razılığı oldu-olmadı, onun hüquqi sərhədləri daxilindəki Abxaziya dəmiryolunu işə salmaq üçün ərazi “təmizlətməyəcək”?

Əgər uzaq ABŞ kimi superdövlətin yüksək çinli generalları da bəyan edirlərsə ki, ölkəyə əsas xarici təhlükə Rusiyadan gəlir, o zaman qonşuluqdakı Gürcüstan və Azərbaycan kimi balaca postsovet ölkələrinin hansı real təhlükə ilə üz-üzə olduğu dəqiqləşər. Təhlükə, əlbəttə ki, böyük və realdır.
Moskvanın Qarabağ məsələsinin həllində Türkiyə ilə birgə unikal şans yarandığı halda da, hətta Avrasiya Birliyinə qoşulacağı ilə bağlı Bakının mesajı fonunda da məsələdə heç bir təşəbbüskarlıq və konstruktivlik göstərməməsi ona dəlalət edir ki, Kreml postsovet məkanında nə Tiflisə, nə də Bakıya hansısa güzəşti, qarşılıqlı addımı ağlına gətirmir və yaxın hədəflərinə çatmaq üçün ənənəvi, kobud güc (müdaxilə) siyasətinə, yaxud ən yaxşı halda “yumşaq güc”ə və “5-ci kolon” amilinə üstünlük vermək niyyətindədir.
Previous Post

Rusiya Ermənistana Gürcüstandan quru yolu açır – təhlükə

Next Post

Neft Fondunun Moskvadakı əmlakı niyə dəyərsizləşib

Bənzər yazılar

Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

25 Oktyabr 2026 - 12:03

“Bu gün işğaldan azad olunmasını Qubadlı Şəhəri Günü kimi qürurla qeyd etdiyimiz bu qədim yurdumuz ötən əsrin sonlarından başlayaraq ağır...

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

25 Oktyabr 2026 - 11:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli...

Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

25 Oktyabr 2026 - 11:09

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 25-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə yağıntılar...

Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

25 Oktyabr 2026 - 11:07

Avstraliyanın Uolter və Eliza Hall İnstitutunun alimləri qamma-delta T hüceyrələrinin şiş digər immun sistemlərindən yayınsa belə, kiçik hüceyrəli ağciyər xərçəngi...

Next Post

Neft Fondunun Moskvadakı əmlakı niyə dəyərsizləşib

Neft Fondunun Moskvadakı əmlakı niyə dəyərsizləşib

Son xəbərlər

Dünyanın ilk xərçəng peyvəndi melanomanın təkrarlanma və ölüm riskini 42% azaldıb

Dünyanın ilk xərçəng peyvəndi melanomanın təkrarlanma və ölüm riskini 42% azaldıb

26 Oktyabr 2026 - 11:41
Ceyhun Bayramovun Niderland xarici işlər naziri ilə təkbətək görüşü başlayıb – YENİLƏNİB

Ceyhun Bayramovun Niderland xarici işlər naziri ilə təkbətək görüşü başlayıb – YENİLƏNİB

26 Oktyabr 2026 - 11:36
Dövlət başçısı İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev Avstriya Prezidentini təbrik edib

26 Oktyabr 2026 - 11:33
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26 Oktyabr 2026 - 11:23
Azərbaycan çempionatında 10 il əvvəlki rekord təlkrarlandı

Azərbaycan çempionatında 10 il əvvəlki rekord təlkrarlandı

26 Oktyabr 2026 - 11:17
Elm və Təhsil Nazirliyi: İranlı nazirin Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəssüf doğurur

Elm və Təhsil Nazirliyi: İranlı nazirin Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəssüf doğurur

26 Oktyabr 2026 - 11:05
FHN Səbail rayonunda mülki müdafiə ilə bağlı tədbir keçirilib

FHN Səbail rayonunda mülki müdafiə ilə bağlı tədbir keçirilib

26 Oktyabr 2026 - 10:58
Zelenski elan etdi: ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar keçiriləcək

Zelenski elan etdi: ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar keçiriləcək

26 Oktyabr 2026 - 10:46
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə qoşulur

Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə qoşulur

26 Oktyabr 2026 - 10:33
Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

26 Oktyabr 2026 - 10:27
Ötən ay sosial müavinət və təqaüd alanların sayı məlum olub

Ötən ay sosial müavinət və təqaüd alanların sayı məlum olub

26 Oktyabr 2026 - 10:18
Ər-Riyadda erkən xəbərdarlıq sistemi işə salındı

Ər-Riyadda erkən xəbərdarlıq sistemi işə salındı

26 Oktyabr 2026 - 10:09
Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş bahalaşdı

26 Oktyabr 2026 - 09:58
Türkiyə derbisi: “Qalatasaray” bu gün “Fənərbağça”nı qəbul edir

Türkiyə derbisi: “Qalatasaray” bu gün “Fənərbağça”nı qəbul edir

26 Oktyabr 2026 - 09:45
Bakıda Yeni Ramana küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakıda Yeni Ramana küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

26 Oktyabr 2026 - 09:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.