Rusiya bu ölkələrin vətəndaşlarına 6 aya qədər viza verəcək

72

Rusiya 19 ölkənin vətəndaşlarına 6 aya qədər viza verə biləcək.

Elchi.az xəbər verir ki, Rusiya hökumətinin təsdiq etdiyi qərara əsasən, müəyyən mehmanxana və hotel bron edən 19 ölkənin vətəndaşlarına viza rejiminin sadələşdirilməsi təmin ediləcək.

Sənədə görə, bu ölkələrin siyahısına Türkiyə, Bəhreyn, Bruney, Hindistan, İndoneziya, İran, Kamboca, Çin, Koreya Xalq Demokratik Respublikası, Küveyt, Laos, Malayziya, Meksika, Myanma, Səudiyyə Ərəbistanı, Serbiya, Tayland, Filippin və Oman daxildir.